Parlamentdəki partiyaların büdcəsi artırılsın! – FUAD MURADOV

Büdcədə artımı görürük. Elə sahələr vardı ki, onlarda artımı görmürdük, amma bu gün görürük.

Etikxeber.az xəbər verir ki, bunu büdcə zərfinin  MM-in İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu, Mədəniyyət, Gənclər və idman,  Regional məsələlər komitələrinin birgə iclasında müzakirəsi zamanı akademik, parlamentin Gənclər və idman  komitəsinin sədri  Fuad Muradov bildirib.

Komitə sədri sonra gənclər evləri məsələsinə toxunaraq deyib ki, burada gənclərin fəaliyyətinin, onların asudə vaxtlarının səmərəli təşkili nəzərə alınmalıdır:

“Əgər gənclərin fəaliyyətini, asudə vaxtlarını səmərəli təşkil edə bilmiriksə, bu gənclər evlərinin də səmərəli fəaliyyətindən geniş danışa bilmərik. Həmin gənclər evlərinin bir funksiyası da məhz bu məsələ- gənclərin asudə vaxtlarının səmərəli təşkili olmalıdır”.

Çıxışında siyasi partiyalar məsələsinə də diqqət yetirən F. Muradov təklif edib ki, parlamentdəki siyasi təşkilatların büdcəsi artırılmalıdır:

“Çünki Azərbaycan əleyhinə fəaliyyət göstərən bəzi partiyaların büdcəsi parlamentdəki partiyaların büdcəsindən qat-qat çoxdur. Odur ki, parlamentdə təmsil olunan partiyaların büdcəsinin artırılması məsələsinə baxılmalıdır”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

“Büdcədə mədəniyyətə baxış kəskin şəkildə dəyişməlidir…” – RAFAEL HÜSEYNOV

Read Next

“Bu, laqeydlikdirmi? Bu, nə deməkdir?” – ARİF RƏHİMZADƏDƏN KƏSKİN ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir