Parlamentdə büdcə müzakirələri başlayır – SABAH

Parlamentdə 2020-ci ilin büdcə müzakirələrinə başlanılır.

Etikxeber.az-ın xəbərinə görə, büdcə müzakirələrinə sabah, noyabrın 5-də start veriləcək.

Büdcə müzakirələri  öncə komitələr səviyyəsində aparılacaq.

Müzakirələr noyabrın 5-7-si tarixlərində davam edəcək.

İlk iclas-sabah Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin rəhbərliyi və ən azı 5 komitənin birgə iştirakı ilə keçiriləcək.

meclis-oqtay-1

ali asad

samir_sarifov_03

ziyadddddd-1

Yəni, adıçəkilən komitə ilə MM-in Aqrar siyasət, Təbii ehtiyatlar, energetika və  ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və Regional məsələlər komitələri birlikdə gələn ilin büdcəsini  müzakirə edəcəklər.

Sonra, noyabrın 6 və 7-sində  digər 10 komitənin büdcə müzakirələri keçiriləcək.

“İşsizlikdən Sığorta Fondunun 2020-ci il büdcəsi haqqında” qanun layihəsini parlamentin Əmək və sosial siyasət komitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdindəki Dövlət Sosial Müdafiə Fondu ilə birlikdə və ayrıca müzakirə edəcək.

Qeyd edək ki, komitələrdəki büdcə müzakirələrində maliyyə naziri Samir Şərifov və müavini Azər Bayramov, Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və digərləri iştirak edəcəklər.

Komitələrdə büdcə ilə bağlı maliyyə naziri Samir Şərifov məlumat verəcək.

“İşsizlikdən Sığorta Fondunun 2020-ci il büdcəsi haqqında” qanun layihəsini isə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev təqdim edəcək.

Onların məlumatları dinlənildikdən sonra millət vəkilləri müzakirəyə başlayacaqlar.

Üçgünlük müzakirələrdən sonra həm 2020-ciu ilin büdcə zərfi,  həm də “İşsizlikdən Sığorta Fondunun 2020-ci il büdcəsi haqqında” qanun layihəsi MM-in plenar iclaslarının müzakirəsinə tövsiyə olunacaq.

Parlamentin plenar iclaslarında isə müzakirələrin noyabrın 12-də başlaması, ən azı 3 gün davam etdirilməsi və sonra hökumətə büdcə ilə bağlı təklifləri dəyərləndirməsi üçün ən azı 10 gün vaxt veriləcək.

Sonda isə 2020-ci ilin büdcəsi səsverməyə çıxarılacaq və qəbul ediləcək.

Xatırladaq ki, 2020-ci ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 484,0 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1 milyard 316 milyon manat və ya 5,7 faiz çoxdur. 

Həmçinin, 2020-ci ildə dövlət büdcəsinin xərcləri 25 milyard 617,7 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 427,7 milyon manat çoxdur.

Həmçinin, qeyd edək ki, bu müzakirələr yeni Baş nazir Əli Əsədovun iştirak edəcəyi ilk büdcə müzakirələri olacaq.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az  

Read Previous

Sərhədi pozan bir nəfər öldürüldü, iki nəfər saxlanıldı – BİLƏSUVARDA – DSX MƏLUMAT YAYDI

Read Next

Sumqayıt və Abşerona içməli suyun verilməsində məhdudiyyət olacaq – BU GÜN

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir