Parlamentdə hesabatların müzakirəsinə-BAŞLANILIR…

Milli Məclisdə (MM) ənənəvi illik hesabatların dinlənilməsi prosesinə start verilir.

Etikxeber.az xəbır verir ki, parlamentin yaz sessiyası həm də hesabatlar sessiyası sayılır.

Yaz sessiyası dövründə ən azı beş hesabat-Hökumətin, Ombudsmanın, Bələdiyyələrin (Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin), Hesablama Palatasının və İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun hesabatları dinlənilir, müzakirələrdən keçirilir və təsdiqlənir.

Qeyd edək ki, artıq gələn həftə parlamentdə ilk hesabatın-Bələdiyyələrin 2020-ci il üzrə illik hesabatının müzakirəsi gözlənilir.

Hesabat öncə MM-in Regional məsələlər komitəsinin iclasında, sonra parlamentin plenar iclasında müzakirə olunacaq.

Xatırladaq ki, artıq hesabat MM-ə də daxil olub.

Hesabatı da Ədliyyə nazirinin birinci müavini Vilayət Zahirov təqdim edəcək.

İkinci hesabat isə yaz sessiyasının 5-ci iclasından gec olmayaraq, mart ayında, Novruz bayramından öncə, Hökumətin-Baş nazirin hesabatı olacaq.

Baş nazir Əli Əsədov yenidən-ikinci dəfə parlament qarşısında hesabat verəcək.

Onu da qeyd edək ki, Ə. Əsədov pandemiya ilə bağlı ilk-ötənilki hesabatını onlayın-videoformat şəklində vermişdi.

Bundan sonra isə Ombudsman Səbinə Əliyevanın, Milli Koordinator-Daxili İşlər nazirinin birinci müavini Seyfulla Əzimovun və Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun hesabatları olacaq.

Etikxeber.az

Read Previous

“Azərbaycan sərmayə qoyub, pul qazanmaq üçün təhlükəsiz ölkədir”-DEPUTAT

Read Next

Dörd ay yarımdan sonra Şəhidliyi təsdiqləndi-BU GÜN NƏŞİ TORPAĞA TAPŞIRILDI – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir