Parlamentdə “səlahiyyət” və “nizam-intizam” dartışması…

Spiker deputatla razılaşmadı: Nizam-intizam olmayanda, fayda da olmur

Millət vəkili Fazil Mustafa deputatların qanunvericilik təşəbbüsü hüququ ilə çıxış etməsinə şərait yaradacaq səlahiyyətlərin artırılmasını təklif edib.

Etikxeber.az-ın xəbərinə görə,  millət vəkili parlamentin növbəti plenar iclasında çıxışı zamanı bildirib ki,  bu gün deputatların nizam-intizam məsələsinin gündəmə gətirilməsindən, bununla bağlı qanunvericiliyə dəyişiklik edilməsinin nəzərdə tutulmasından daha çox onların hüquqlarının, səlahiyyətlərinin artırılmasına ehtiyac var:

“Yaxşı olardı ki, heç olmasa, qarşıdan gələn sessiya və sessiyalarda bu məsələyə daha ciddi diqqət yetiriləydi. Ölkədə məsələn,  məkhəmə-hüquq islahatları ilə bağlı işlər görülür. Amma millət vəkillərinin bunlardan xəbəri olmur, bu yöndə qanunvericilik bazasının formalaşdırılması, təkmilləşdirilməsi istiqamətində görülən, nəzərdə tutulan işlərdən xəbərsiz qalırlar. Ona görə deputatların hüquqlarının, səlahiyyətlərinin artırılmasına və təmin edilməsinə ehtiyac var. Keçən iclasda birinci vitse-spiker Ziyafət Əsgərov da irad tutdu ki, ancaq gündəlikdə olan məsələlərdən danışmaq lazımdır. Bu, düzgün yanaşma deyil. Deputatlar onları maraqlandıran istənilən məsələ ilə bağlı fikir bildirmək hüququna malikdirlər. Onların daha çox bu hüquqları təmin olunmalıdır, nəinki nizam-intizam məsələsi”.

fazillllllll

meclis-oqtayyyyy

Spiker Oqtay Əsədov isə deputata cavabında bunları deyib:

“Nizam-intizam olmayanda, fayda da olmayacaq. Ziyafət müəllimin dediyində də həqiqət var. Milli Məclisin Daxili Nizamnaməsin açıb, baxsanız görəcəksiniz ki, bu məsələ orada da var. Ona görə nizam-intizam məsələsi çox vacibdir”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Dövlət büdcəsinin icrası gəlir: Yaz sessiyası başa çatır – SABAH

Read Next

Sikayətçinin yazılı müraciəti ilə yoxlamanın baxılma müddəti 30 günədək uzadılır – DƏYİŞİKLİK – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir