Parlamentdə vitse-spikerlə deputat arasında mübahisə yaşandı…

Vitse-spiker Valeh Ələsgərovla deputat Fəzail Ağamalı arasında qalmaqal yaranıb.

Etikxeber.az xəbər verir ki, buna səbəb vitse- spikerin millət vəkilini çıxışında səsləndirdiyi fikirlərə ironik tərzdə cavab verməsi olub.

valeh-aleskerov

“Burada hamı deyir ki, uşaq puluna və digər məsələlərə pul ayrılsın. Mən də istəyirəm ki, bu, olsun. Amma mənbə hardadır, mənbəni göstərin, hesablayın, hökumətə verin və bu məbləğ də büdcəyə daxil olsun”-deyə, o, bildirib.

Bu zaman zaldan Fəzail Ağamalının etirazı eşidilib.

O bildirib ki, az öncəki çıxışında adını çəkdiyi sabiq məmurların əmlaklarını hərraca çıxarmaqla, əldə olunan pulla mənbə yaratmaq mümkündür.

Mübahisəyə müdaxilə edən spiker Oqtay Əsədov isə deputatı səbrli olmağa çağırıb:

“Sən dedin biz də eşitdik, eşitməyi bacarın da”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Deputatdan Cahangir Hacıyev, Fazil Məmmədov və Rüfət Aslanlı ilə bağlı ilgiinc – TƏKLİF

Read Next

“Vətəndaşın təqaüdə çıxandan sonra daha çox sosial müdafiəyə ehtiyacı yaranır…” – AZƏR BADAMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir