Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Milli Məclisin (MM) daha bir komitəsinin-Əmək və sosial siyasət komitəsinin üzvləri aylıq məvaciblərinin bir hissəsini ölkə Prezidenti İlham Əliyevin Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürməyi qərara alıblar.
Bu haqda Etikxeber.az-a özəl açıqlamasında adıçəkilən komitənin sədri Musa Quliyev məlumat verib.
Sözügedən Fondunun yaradılmasını koronavirus təhkükəsinin önlənməsi istiqamətində atılan ən mühüm addımlardan biri olduğunu və bunun hər bir kəs tərəfindən dəstəkləndiyini deyən M. Quliyev rəhbərlik etdiyi komitənin üzvlərinin də bu prosesdən kənarda qalmadığını, ilk maaşlarının bir hissəsini Fonda köçürməyə qərar verdiklərini söyləyib.
M. Quliyev onu da əlavə edib ki, koronavirusla mübarizə tədbirləri uzunmüddətli olarsa, komitə üzvləri növbəti aylarda da məvaciblərinin bir qismini Fonda köçürmək barədə qərar veriblər.
Qeyd edək ki, adıçəkilən komitənin üzvləri bunlardır:
Musa Quliyev (sədr), Məlahət İbrahımqızı (sədr müavini), Vüqar Bayramov, Əziz Ələkbərov, Rauf Əliyev, Jalə Əliyeva, Sevinc Hüseynova, Aqil Məmmədov, İlham Məmmədov, Soltan Məmmədov, Arzu Nağıyev və Ziyad Səmədzadə (akademik).
Etikxeber.az