Parlamentin 3 komitəsinin iclası keçiriləcək – YENİ QANUN LAYİHƏLƏRİ GƏLİR

Milli Məclisin (MM) qarşıdan gələn 2019-ci il payız sessiyası ilə bağlı bu sessiya çərçivəsində parlamentin daha 3 komitəsinin ilk iclası keçiriləcək.

Etikxeber.az-ın xəbərinə görə, bunlar MM-in Mədəniyyət, İnsan hüquqları, Elm və təhsil komitələridir.

MM-in İnsan hüquqları komitəsinin ilk iclası bu gün-sentyabrın 13-də keçiriləcək.

İclasda komitənin 2019-cu ilin yaz və növbədənkənar sessiyalarında gördüyü işlərlə bağlı hesabatı, həmçinin, qarşıdan gələn payız sessiyası ilə əlaqədar  qanunvericilik işləri planı müzakirə olunacaq və təsdiqlənəcək.

Vitse-spiker, adıçəkilən komitənin rəhbəri Bahar Muradovanın sədrliyi ilə keçiriləcək iclasda bununla yanaşı,  “Məişət zorakılığının qarşısının alınması haqqında”, “Sosial xidmət haqqında”, “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Peşə təhsili haqqında” qanunlarda dəyişiklik layihələri müzakirə və payız sessiyasının ilk plenar iclasının gündəliyinə tövsiyə olunacaq.

Sentyabrın 17-də isə bir gündə iki komitənin –  akademik Rafael Hüseynovun rəhbərlik etdiyi Mədəniyyət komitəsinin və akademik İsa Həbibbəylinin sədr olduğu Elm və təhsil komitəsinin ilk iclası keçiriləcək.

Hər iki iclasda adıçəkilən komitələrin 2019-cu ilin yaz və növbədənkənar sessiyalarında gördüyü işlərlə bağlı hesabatları, həmçinin, qarşıdan gələn payız sessiyası ilə əlaqədar  qanunvericilik işləri plan(lar)ı müzakirə olunacaq və təsdiqlənəcək.

BAHAR-1

raf-rafa

isa-habib

Mədəniyyət komitəsinin iclasında həmçinin, “Muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Aşıq sənəti haqqında”, “Kinematoqrafiya haqqında” və sair yeni qanun layihələri ətrafında müzakirələrin açılması gözlənilir.

Qeyd edək ki, adıçəkilən komitənin sədri R. Hüseynov dəfələrlə mətbu açıqlamalarında “Muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsinin müzakirələrə artıq tam hazır olduğunu vurğulayıb.

Elm və təhsil komitəsinin iclasında isə İ. Həbbibəylinin özünün rəhbəri olduğu İşçi Qrupu tərəfindən hazırlanan “Ali təhsil haqqında” yeni qanun layihəsi, o cümlədən, təhsil kreditləri ilə bağlı  hazırlanması nəzərdə tutulan qanun layihəsi və digər məsələlər ətrafında diskussiyaların aparılması gözlənilir.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Trampla İn yenidən bir araya gələ bilər…

Read Next

Dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunub – YENİ DƏRS İLİ İLƏ BAĞLI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir