Parlamentin komitə sədri-DAHA İKİ ŞƏHİD ANASI İLƏ BİR ARAYA GƏLDİ, ONLARI DİNLƏDİ VƏ… – YENİLƏNİB

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri, professor Qənirə xanım Paşayeva bu gün, 24 iyun 2022-ci il tarixində daha iki İkinci Vətən Müharibəsi Şəhidinin anasını qəbul etdi, onlarla parlamentdə görüşdü.

Hər zaman seçicilərinin, Azərbaycan vətəndaşlarının, həssas təbəqədən sayılan insanların yanında olan MM-in komitə sədri bu dəfə Bərdəli Şəhid anası, tək övladını-MAXE Elməddini Hüseynzadəni Şəhid vermiş, hazırda tək-tənha yaşayan Arzu Hüseynova və 3 övladından birini-ali təhsilli, peşəkar hərbçi, Baş leytenent, Qərargah rəisi, bir övlad atası olan Ramiq Mikayılovu Vətən yolunda qurban vermiş və bəzi səbəblərdən Biləsuvarda yaşayan Gülgəz Mikayılova ilə bir araya gəldi.

Budəfəki görüş də əvvəlki görüşlər kimi çox səmimi, çox isti və çox duyğulu ortamda keçdi.

Görüşdə duyğulu, təsirli anlar yaşandı.

Qənirə xanım hər iki Şəhid anasına bir daha Allahdan səbr və dözüm arzulayaraq, Şəhidlərin, onları yetişdirən insanların baş tacı olduğunu, hər zaman onlarla Qürur duyulduğunu, Fəxr edildiyini bildirdi.

Qeyd etdi ki, Şəhidlərə və onların ailələrinə olan borcumuz heç zaman ödənməyəcək.

Eyni zamanda bildirdi ki, hər zaman qapısı Şəhid ailələrinin və Qazilərin üzünə açıqdır.

Komitə sədri həmçinin Şəhid ailələrinin və Qazilərin dövlətin, dövlət başçısının, Birinci vitse-prezidentin, ölkənin Birinci xanımının diqqət və nəzərində olduğunu dilə gətirdi.

Qənirə xanım sonra Şəhid analarını, onların qaldırdığı məsələləri dinlədi, onlarla fikirlərini bölüşdü, aidiyyatı orqanlar və məsul şəxslərlə əlaqə saxladı.

Şəhid anaları da öz növbəsində səmimi qəbul və görüş üçün Qənirə xanıma öz minnətdarlıqlarını ifadə etdilər.

Bir saatdan çox davam edən görüşün sonunda Şəhid analarına hədiyyələr təqdim olundu, onlarla xatirə fotoları çəkdirildi.

Şəhid anaları ilə səmimi və isti ortamda keçən bir görüş də belə başa çatdı.

Var olun, Qənirə xanım!

Allah Sizi və Qalib Azərbaycanımızı qorusun!

13:50

***

FOTOLAR:

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Laçın istiqamətində mövqelərimiz atəşə tutulub-MN

Read Next

“Yaxınlarda məcburi köçkünlərin azad olunmuş ərazilərə qayıdışının şahidi olacağıq”-XARİCİ İŞLƏR NAZİRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir