Parlamentin Mədəniyyət komitəsi Şəfiqə Məmmədovaya-TƏBRİK ÜNVANLADI…

Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və komitə üzvləri Xalq artisti,Azərbaycan Kinematoqrafçılar İttifaqının ilk sədri xanım Şəfiqə Məmmədovanın 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunması ilə bağlı tanınmış sənətçiyə təbrik ünvanlayıb.

Etikxeber.az-ın xəbərinə görə, təbrikdə deyilir:

“Xalq artisti,Azərbaycan Kinematoqrafçılar İttifaqının ilk sədri-xanım Şəfiqə Məmmədovaya

Hörmətli Şəfiqə xanım!

Siz Azərbaycan teatr və kino sənətində misilsiz xidmətləri olan, unudulmaz obrazlara adını həkk etmiş gözəl sənətkarımızsınız!

Sizin Cənab Prezidentimiz İlham Əliyev tərəfindən mədəniyyətimizin inkişafında göstərdiyiniz xidmətlərə görə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunmanız çox sevindirici bir haldır.

Sizi təltif olunmanız və doğum gününüz münasibətilə Milli Məclisin Mədəniyyət komitəsinin üzvləri adından səmimi qəlbdən təbrik edir, Sizə möhkəm can sağlığı, səadət və mədəniyyətimizin inkişafı yolundakı fəaliyyətinizdə daha da böyük uğurlar diləyirik!”.

Etikxeber.az

Read Previous

Koronavirusa yoluxan vəzifəli şəxs və oğlu ilə bağlı- AÇIQLAMA

Read Next

Karantin rejiminə əməl etməyən internet klubunun sahibi-CƏRİMƏLƏNDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir