Parlamentin payız (qış) sessiyası başa çatdı-DEPUTATLAR TƏTİLƏ ÇIXDILAR – YAZ SESSİYASI İSƏ FEVRALIN 1-DƏ BAŞLAYACAQ

Bu gün Milli Məclis (MM) payız (qış) sessiyasını başa çatdırıb.

Etikxeber.az-ın xəbərinə görə, sessiya spiker Sahibə Qafarovanın qısa-hesabat xarakterli məlumatı, eləcə də, dövlət himninin oxunması və səsləndirilməsi ilə öz işini başa vurub.

“Milli Məclisin payız sessiyasında 19 iclas keçirilib, 86 qanun qəbul edilib”-deyən spiker bildirib ki, MM qanunvericilik səlahiyyətlərini tam olaraq yerinə yetirib:

“Bizim əsas vasitəmiz parlament diplomatiyası idi. Erməni faşistlərinin iç üzünü açmaq üçün bütün işlər görülüb. 500-ə qədər məktub xarici ölkələrin parlamentlərinə göndərilib. Deputatlarımız xarici ölkələrdəki həmkarları ilə onlayn görüşlər keçirib, telefonla danışıb, haqq işinə öz dəstəyini vermək üçün əlindən gələni ediblər. Milli Məclisdə Prezident İlham Əliyevə müraciət qəbul edilib, Qarabağ müharibəsinin başa çatması münasibətilə müdrik rəhbəri təbrik edib, xalqımıza təşəkkürümüzü çatdırmışıq. Vətən müharibəsi başa çatdıqdan sonra Fransa və İtaliya parlamentlərarası dostluq qruplarının üzvləri Azərbaycana gəlib və erməni terrorçularının törətdiyi cinayətlərlə yerində tanış olublar”

Bununla millət vəkilləri qış tətilinə yollanıblar.

MM-in növbəti-2021-ci il yaz sessiyası isə fevralın 1-də öz işinə başlayacaq.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

1981 hərbi qulluqçu “Hərbi xidmətlərə görə” medalı ilə-TƏLTİF EDİLDİ…

Read Next

MM-in payız sessiyasının son iclası- ƏFQANISTANDA SƏFİRLİYİMİZ AÇILIR, SİYAVUŞ NOVRUZOVDAN NÖVBƏTİ İTTİHAMLAR VƏ AMNİSTİYA ÇAĞIRIŞI, FƏZAİL AĞAMALIDAN İSRAİLLƏ BAĞLI TƏKLİF, BAHAR MURADOVANIN İLK HESABATI, SPİKERDƏN VİTSE-SPİKERƏ ETİRAZ – YENİLƏNİB – (7)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir