Parlamentin sabahkı iclasında-MM-İN BURAXILMASI İLƏ BAĞLI MÜZAKİRƏLƏR AÇILA BİLƏR

Milli Məclisin (MM) sabahkı plenar iclasında 5-ci çağırış parlamentin buraxılması ilə bağlı müzakirələr keçirilə bilər.

Etikxeber.az-ın xəbərinə görə, bunu bir neçə millət vəkili də istisna etməyib.

Millət vəkillərinin bildirdiyinə görə, sabahkı iclasda bu məsələ də müzakirə mövzusu ola bilər.

Qeyd edək ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi və parlamentin buraxılması üçün MM-in özü tərəfindən ölkə Prezidentinə müraciət ünvanlanmalıdır və bu səbəbdən sabahkı iclasda da dövlət başçısına belə bir müraciət ünvanlana bilər.

Onu da qeyd edək ki, parlamentdə hakim çoxluğa malik, yəni, hazırda 68 millət vəkili olan Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası və sözügedən deputat korpusu  5-ci çağırış parlamentin buraxılması təşəbbüsü ilə çıxış edib.

Millət vəkillərinin-MM-in müraciətini nəzər alıb,  növbədənkənar parlament seçkilərinin vaxtını isə qanunvericiliklə  Azərbaycan Prezidenti İlham Əliyev təyin edə bilər.

Bu səlahiyyət ona məxsusdur.

Prezidentin növbədənkənar seçkilərlə bağlı Sərəncamından sonra isə 2 gün müddətində rəsmi şəkildə seçki prosesi başlaya və seçkilər 2 ay ərzində keçirilə baş tuta bilər.

Etikxeber.az

 

Read Previous

“Seçkilər prezidentin yenilənmə siyasətinə cəmiyyətin dəstəyinin nümayişi olacaq” – AYDIN MİRZƏZADƏ

Read Next

“MM-ə ölkənin savadlı, qabiliyyətli, ağıllı insanları seçilməlidir…” – YAP-ÇI DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir