“Parlamentin və onun komitələrinin rəhbərliyi yeni dövrün çağırışlarına uyğun şəkildə formalaşdı…”-MM-İN KOMİTƏ SƏDRİ

Yeni çağırış parlamentin arxada qalan fəaliyyət dövrünu uğurlu saymaq olar. Yaz və növbədənkənar sessiyaların gedişini bütövlükdə müsbət qiymətləndirə bilərik.

Bunu Etikxeber.az-a açıqlamasında Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

“VI çağırış parlamentin ilk iclası martın 10-da keçirildi. İclasda iştirak edən Prezident İlham Əliyev parlamentin gələcək fəaliyyəti üçün “yol xəritəsi” hesab olunacaq tarixi çıxış etdi. Dövlətimizin başçısı deputatların qarşısında duran vəzifələr və digər məsələlərlə bağlı dəyərli tövsiyələr verdi. Eləcə də, parlamentin və onun komitələrinin rəhbərliyi yeni dövrün çağırışlarına uyğun şəkildə formalaşdı. Bilirsiniz ki, bu dövrdə fəaliyyətimiz pandemiya dövrünə təsadüf etdi. Buna baxmayaraq, parlamentin işini faydalı qiymətləndirmək olar” -deyən M. Quliyev sessiyalar ərzində rəhbərlik etdiyi Əmək və sosial siyasət komitəsinin fəaliyyəti haqqında da məlumat verib və qeyd edib ki, yaz və növbədənkənar sessiyalar dövründə komitə 10-a yaxın qanun layihəsini müzakirəyə təqdim edib və həmin qanunlar qəbul olunub.

“Buraya “Turizm haqqında”, “Sosial sığorta haqqında” və digər qanunlara əlavə və dəyişikliklər daxildir. Təəssüf ki, koronavirus pandemiyası ilə əlaqədar karantin şəraitində işləməyimiz nəzərdə tutduğumuz planların hamısını yerinə yetirməyə imkan vermədi. Xüsusilə dinləmələrlə bağlı planlarımızı ertələməli olduq. Çünki dinləmələrin canlı şəkildə keçirilməsi, ictimaiyyət nümayəndələrinin, müvafiq dövlət qurumlarının prosesə cəlb olunması onun effektivliyi artırır. Komitəmizin iclasları onlayn keçirilsə də, effektli saymaq olar” – deyən komitə sədrinin fikrincə, bütövlükdə, parlamentin ötən dövr ərzindəki fəaliyyəti faydalı və məhsuldar oldu.

“Biz yeni dövrün tələblərinə uyğun olaraq öz işimizi həyata keçirə bildik. Bir məsələni qeyd edim ki, karantin rejimi ilə əlaqədar seçicilərlə əyani kontakt qurulması işi çətinləşdi. Buna baxmayaraq, onlayn görüşlər keçirdik, telefon və məktublaşma vasitəsilə onlarla əlaqə qurduq” – deyə, M.Quliyev sonra vurğulayıb.

Etikxeber.az

Read Previous

“Bir aya bir ailə 190 manatla necə dolana bilər?! Hələ o ailədə 2-3 uşaq varsa…”-SABİQ DEPUTAT

Read Next

“Dünya birliyi “Əsrin müharibəsi” ilə qarşı-qarşıya qalıb…”-DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir