Parlamentlərarası İttifaqın 5-ci Qlobal Konfransı başa çatdı

Dekabrın 15-də Bakıda Parlamentlərarası İttifaqın (PAİ) Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransı işini başa çatdırıb.

Etikxeber.az xəbər verir ki, Konfransın bağlanış sessiyasında yekun sənədin təqdimatı olub.

Təqdimat zamanı Milli Məclisin (MM) deputatı Şahin İsmayilov deyib ki, münaqişələrə son qoymaq lazımdır, çünki münaqişə zonalarında təhsillə məşğul olmaq imkanı məhdud olur.

Onun sözlərinə görə, gələcək nəsillər naminə hüquq və maraqların qorunması və təşviq edilməsi hər kəsin məqsədinə çevrilməlidir.

O, alternativ enerjidən istifadə etmək üçün yaxşı qanunların qəbul edilməsinin vacibliyinə toxunub.

pai-son-1

Konfrans çərçivəsində davamlı inkişaf məqsədlərinə çatmaq üçün müzakirələrin aparıldığını deyən deputat bu istiqamətdə səylərin birləşdirilməsinin əhəmiyyətini vurğulayıb.

Həmçinin biomüxtəlifliyin qorunması, tullantıların idarə olunması, təkrar emalı kimi məsələləri qeyd edib.

PAİ-nin Gənclər Forumunun sədri Mourine Osoru Bakının bu konfransa ev sahibliyi etməsinə görə Prezident İlham Əliyevə minnətdarlıq edib.

O, bildirib ki, təhsil hamı üçün əlçatan, pulsuz olmalıdır.

M. Osoru, həmçinin təhsilin əmək bazarının tələblərinə uyğunlaşdırılmasının vacibliyini vurğulayıb.

Bununla da PAİ-nin Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransı başa çatıb.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

Əliyev Nazarbayevi təbrik etdi…

Read Next

“Azərbaycan növbəti siyasi-diplomatik uğuruna nail oldu” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir