Partiya sədrindən-DSK SƏDRİNƏ İTTİHAM

Seçkilərlə bağlı hələlik ən böyük qanun pozuntuları Zaqatalada baş verir. 110 və 111-saylı dairələrdə namizədlərin sənədləri qəbul edilmir, namizədlərə imza vərəqələrinin verilməsindən imtina olunur. 110 saylı Dairə Seçki Komissiyasının (DSK) sədri namizədlərdən birinə fiziki təziq göstərib.

Etikxeber.az-ın xəbərinə görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.

O, qeyd edib ki, Müsavat Partiyasının namizədi Saleh Soltanova, hətta, MSK-dan tapşırılsa da, bu gün də imza vərəqələri verilməyib.

“Bu davranış yalnız deputatlığa namizədlərə qarşı yox, bütün Zaqatalanın 120 minlik əhalisinə qarşı hörmətsizlikdir, təhqirdir. Burada, hətta sovet dövrünün raykom katibləri yerli əhali ilə belə davranmayıb. Ümid edirəm ki, burada yazdıqlarımdan hərə özü üçün nəticə çıxaracaq və biabırçı davranışlara son qoyulacaq”-deyə, A. Hacılı sonra qeyd edib.

Etikxeber.az

Read Previous

Prezident “ACWA Power” və “Masdar” şirkətinin rəhbərini qəbul etdi – FOTO

Read Next

Millət vəkili tovuzlular adından-PREZİDENTƏ TƏŞƏKKÜR ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir