Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Türkiyədə rəsmi səfərdə olan Malaziyanın əfsanəvi baş naziri Mahathir Məhəmməd Türkiyənin “Cümhuriyyət” medalı ilə təltif olunub.
Etikxeber.az-ın xəbərinə görə, medal 94 yaşlı baş nazirə iki dövlət liderinin indilərdə birgə keçirdiyi mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim olunub.
Belə bir yüksək mükafatla təltif olunmasından məmnunluğunu bildirən Malaziyanın baş naziri Türkiyəni ən yaxşı dost ölkə adlandırıb.
O, xatırladıb ki, rəhbəri olduğu partiyanın qurucusu türk kökənli malaziyalı olub:
“Eyni zamanda, məndən əvvəliki və məndən sonrakı rəhbərlər, baş nazirlər də türk kökənli olublar. Türkiyə çox yaxşı dost ölkədir. Hesab edirəm ki, bu səfər və görüş iki ölkə və xalq arasında münasibətlərin daha da yaxşılaşmasına xidmət edəcək”.
R. T. Ərdoğan isə Türkiyə-Malaziya-Pakistan üçlüyünün əhəmiyyətini vurğulayıb və bu formatda əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini bəyan edib.
Etikxeber.az