“Partiyamız dəstək olmasa, seçkilərə qatılmayacağam” – HADİ RƏCƏBLİ

Partiyamız məsləhət bilərsə, yenidən parlament seçkilərinə qatıla bilərəm.

Etikxeber.az xəbər verir ki, bunu İTV-yə müsahibəsində Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, professor Hadi Rəcəbli  qarşıdan gələn 2020-ci il 6-cı çağırıış parlament seçkilərində iştirak edib-etməyəcəyi məsələsinə aydınlıq gətirərkən deyib.

“Parlamentin-Milli Məclisin çox az sayda üzvündən biriyəm ki, 1995-ci ildən burada təmsil olunuram. Həm də 24 ildir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədriyəm. Ciddi, narahat problemlərlə məşğul oluram. Mən həm də Yeni Azərbaycan Partiyasının üzvüyəm. O partiya məni məsləhət bilərsə, yenidən seçkilərə qatıla bilərəm. Partiya mənə dəstək olmazsa, mən seçkilərə qatılmayacam”-deyən komitə sədri deputatlara 65 yaş senzinin tətbiq edilməməsinə də toxunub.

Komitə sədri ölkə Konstitusiyasında və dünya təcrübəsində deputatlarla bağlı yaş senzinin tətbiq olunmadığını vurğulayıb.

Bildirib ki, dünya parlamentlərində deputatların orta yaş həddi əsasən 55-62 yaş arasındadır.

hadi racabli-hadi

hadi-4

“Bu baxımdan da, parlamentdə elə insanlar təmsil olunmalıdırlar ki, onların müəyyən iş təcrübəsi, savadı olsun, qanunları yaxşı bilsinlər…”-deyə, komitə sədri sözlərinə əlavə edib.

Qeyd edək ki, H. Rəcəbli 30 ilə yaxın deputatlıq stajına malikdir.

Belə ki, H. Rəcəbli 1985-90-ci illərdə keçmiş Azərbaycan SSR Ali Sovetinin deputatı olub, 1995-ci ildən isə 5 çağırış MM-in üzvüdür.

Etikxeber.az

Read Previous

İTV-də – YANĞIN SÖNDÜRÜLDÜ – YENİLƏNİB

Read Next

Yaxın günlərdə Slovakiyanın Azərbaycanda – SƏFİRLİYİ AÇILACAQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir