“Partiyanın sosial bazası əhəmiyyətli dərəcədə güclənib…”- MƏLAHƏT İBRAHİMQIZI – FOTOLAR

“Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı 1993-cü il iyulun 6-da yaradılıb, 101 ilk ərazi təşkilatını özündə birləşdirir. Təşkilatda qeydiyyatda olan üzvlərin sayı 28 min 971-dir. Onlardan 14 min 520-sini qadınlar, 15 min 341-ni gənclər təşkil edir”.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili, YAP-ın Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı deyib.

malahat-ali hasan

O, deyib ki, təşkilatın üzvləri mütəmadi olaraq 20 Yanvar, Xocalı faciələrinin ildönümləri ilə bağlı tədbirlər, faciə qurbanlarının yaxınları ilə görüşlər keçiriblər:

“Həmçinin gənclərlə bağlı bir sıra layihələr reallaşdırılıb. 2016-cı ilin aprelində Azərbaycan Ordusunun qazandığı şanlı qələbə ilə bağlı “Cocuq Mərcanlıdan Şuşaya”, “Gənclərin zəfər yürüşü” kimi layihələr həyata keçirilib”.

M.İbrahimqızı deyib ki, YAP-ın yaranması ilə respublikamızın ictimai-siyasi həyatında yeni tarixi mərhələnin əsası qoyulub:

“Ümummilli liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan YAP özünü bütün mənalarda təsdiqləyərək yeni tarixin yeni çalarlarını özündə birləşdirməyi bacarıb. Ümummilli Liderimizin layiqli siyasi varisi Prezident İlham Əliyevin möhkəm təməl üzərində qurulan YAP-a rəhbərliyi dövründə daha böyük əzmkarlıq və yaradıcılıq nümayiş etdirilib. Partiyanın sosial bazası əhəmiyyətli dərəcədə güclənib”.

Etikxeber.az

Read Previous

“Kamp Nou” stadionunun adı dəyişir? – FOTO

Read Next

Kılıcdaroğlu yenidən erkən seçkilər və Ərdoğana “Hodri, meydan!” dedi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir