UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsi çərçivəsində keçirilən “Partizani” – “Qarabağ” oyununun birinci hissəsi 0-0 hesabı ilə başa çatıb.
Etikxeber.az xəbər verir ki, ilk dəqiqələrdən irəli atılan Ağdam təmsilçisi rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb.
Matçın 27-ci dəqiqəsində “Qarabağ” hesabı açmağa yaxın olsa da, Filip Ozoviçin vurduğu zərbə qapı tirinə dəyərək meydanı tərk edib.
***
Oyunun ikinci hissəsində də tərəflər fərqlənə bilməyib.
Oyun 0-0 hesabı ilə yekunlaşıb.
Etikxeber.az