“Partlayış nəticəsində hərbi qulluqçumuz həlak olub”-MÜDAFİƏ NAZİRLİYİ

Fevralın 4-də günorta saatlarında Ağdam rayonu ərazisində partlayış baş verib. Hadisə nəticəsində əsgər Zeynalov Qubad İslam oğlu həlak olub.

Etikxeber.az xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi (MN) yayıb.

“Digər iki hərbi qulluqçumuz Babayev Nemət Novruz oğlu və Məlikməmmədov Balaqardaş Mübariz oğlumüxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hazırda yaralılar həkim nəzarətindədir, həyatları üçün təhlükə yoxdur.

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir!” – deyə, məlumatda deyilir.

Etikxeber.az

Read Previous

Prezident Vüqar Süleymanovu-MİNATƏMİZLƏMƏ AGENTLİYİNİN SƏDRİ TƏYİN ETDİ

Read Next

“Şuşa şəhəri tez bir zamanda özünün şöhrətini geri qaytaracaq vəölkəmizin ən gözəl guşəsinə çevriləcək”-DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir