“Paşinyan inqilab yolu ilə hakimiyyətə gəlib və bu yolla da devriləcəyindən qorxduğu üçün, inqilab edə biləcək qüvvələri yeni qanunla orduya cəlb etməklə, onları nəzarətdə saxlamağa cəhd edir”-BƏHRUZ MƏHƏRRƏMOV

Ermənistan hakimiyyəti mövcud müdafiə haqqında qanunvericiliyə dəyişiklik etmək niyyətindədir və bu məqsədlə də dəyişikliklər paketi ictimai müzakirələrə təqdim olunub. Bu yerdə çox maraqlı bir sual meydana çıxır. Ermənistan, Paşinyan hakimiyyətinin ciddi siyasi, Ermənistan dövlətinin isə iqtisadi və maliyyə böhranı ilə üz-üzə qaldığı bir dövrdə bu dəyişikliklər hansı zərurətdən doğur? Təbii ki, bu suallara cavab vermək üçün Ermənistanın bu istiqamətdəki mövcud vəziyyətini təyin, təhlil etmək lazımdır. Əvvəlcə, ondan başlayaq ki, Ermənistanda demoqrafik böhran yaşanmaqdadır. Statistika əhalinin sayını üç milyon civarında göstərsə də, əslində bu rəqəm cəmi 1,6 milyondur. 1,6 milyonluq Ermənistan əhalisinin isə böyük əksəriyyətini qocalar, qadınlar və uşaqlar təşkil edir. Belə olan halda, çağırışçı hesabına ordu formalaşdırmaq və yaxud ordunun davamlılığını təmin etmək mümkünsüzdür.

İkinci çox diqqət olunmalı bir məqam Ermənistanda ordu və xalq arasında, eləcə də ordu və hakimiyyət arasında uçurumların mövcud olmasıdır. Ermənistan ordusu 2016-cı ilin aprelindəki çox şərəfsizcəsinə məğlubiyyəti, ardınca bu ilin iyul ayındakı Tovuz təxribatları zamanı ciddi itkilər verib. Onun yerinə-geriyə otuzdurulması, elə son günlər Goranboy istiqamətində erməni diversiya qrupunun məhv edilməsi və komandirinin əsir götürülməsi, habelə həmin komandirin Bakıda çox ciddi bəyanatlar verməsi Ermənistanda ordunun nüfuzunu həqiqətən də sıfıra endirib. Belə olan halda, əlbəttə, Paşinyan yeni yollara, yeni istiqamətlərə üz tutmaq məcburiyyətindədir. Faktiki olaraq bu gün mövcud ordunun nə gücü, nə də insanlar arasında nüfuzu var.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında millət vəkili Bəhruz Məhərrəmov deyib.

Bildirib ki, eyni zamanda, Paşinyan burada bir addımla iki məsələni həll etmək niyyətindədir.

“Ermənistanda ordu ilə dediyim kimi, hakimiyyət arasında ciddi uçqunlar və problemlər var. Erməni generaliteti hələ də Paşinyanı qəbul etmir, eyni zamanda, onların arasındakı münaqişə zaman-zaman mediaya və digər mənbələrə sızmaqdadır. Belə olan halda, Paşinyan erməni ordusunu öz hakimiyyəti və iqtidarı üçün çox ciddi rəqib və təhlükə görür. Bu baxımdan, həqiqətən də, Ermənistanda hərbi çevriliş məsələsi realdır. Belə olan halda, Paşinyanın özünə sadiq qüvvələrdən ibarət yeni bir ordunun formalaşdırmağa cəhd etməsi aydındır və başadüşüləndir.

Bundan başqa, Ermənistanda Paşinyan özü inqilab yolu ilə hakimiyyətə gəlib və inqilabla da devriləcəyindən qorxduğu üçün, inqilab edə biləcək qüvvələri yeni qanunla orduya cəlb etməklə, onları nəzarətdə saxlamağa cəhd edir. Əslində yeni qanun Ermənistan ordusunun güclənməsinə, Ermənistanın müdafiə qabiliyyətinin yaxşılaşdırılmasına yox, Paşinyanın özünün, iqtidarının müdafiəsinə yönəlib. Digər mühüm məqam, Ermənistanda əgər əhalinin mövcud say tərkibi bəllidirsə, eyni zamanda, say tərkibinin, mövcud əhalinin kimlərdən ibarət olması bilinirsə, daha çox qadın, uşaq və qocalardan ibarətdirsə, ordunun yenidən formalaşdırılması yalnız və yalnız muzdlular hesabına mümkün olacaq.

Bu da Ermənistanı digər qüvvələrdən, məsələn, diasporanın, eyni zamanda Paşinyanın əməkdaşlıq etdiyi SOROS fondu kimi fondlardan asılılığını daha da artıracaq. Əlbəttə, muzdlu ordunu saxlamaq üçün Ermənistana əlavə vəsait lazım olacaq. Burada həmçinin, Azərbaycan ərazisinə, Azərbaycanın işğal altında olunmuş, işğal altında saxlanılan ərazilərinə yerləşdirilmiş, qanunsuz və beynəlxalq hüquqa zidd olaraq, yerləşdirilmiş erməni ailələrindən istifadə olunacaq…”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

27 il-QUBADLISIZ…

Read Next

Terror-təxribat təlimləri almış şəxs tutularaq Azərbaycana gətirilidi-DTX MƏLUMAT YAYDI – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir