Paşinyan özündən əvvəlki rejimlərdən daha pis vəziyyətlə üzləşəcək – RƏY(LƏR)

Nikol Paşinyanın bu istefası demokratiya adına atılan addım deyil, Ermənistanda baş vermiş çevirilişi seçki yoluyla legitimləşdirməkdir.

Bunu Etikxeber.az-a açıqlamasında politoloq, millət vəkili Sahib Alıyev deyib.

Onun sözlərinə görə, Paşinyan yaxşı bilir ki,  Dağlıq Qarabağ problemi həllini tapmayınca Ermənistanda vəziyyət düzəlməyəcək, hətta indi verdiyi vədlərin hamısına əməl etsə belə və bu da öz növbəsində onun populyarlığının buxarlanmasına səbəb olacaq:

“Ona görə də hələ ki populyardır tez-tələsik  seçki keçirib parlamentdə öz tərəfdarlarını əyləşdirmək istəyir. Böyük ehtimalla onun bu istəyi də baş tutacaq.

Amma sonra Paşinyan özündən əvvəlki rejimlərdən daha pis vəziyyətlə üzləşəcək. Parlamentdə yer almayan güclər onu hakimiyyətə necə gəlmişdisə, o cür də yola salacaqlar.

pasinyannnnnn

Biz bir reallığı bilməliyik ki, hazırda Paşinyanın eloktoratı olaraq dəyərləndirilənlər əslində “paşinyançı” yox, “antisarkisyançılar”dırlar. Onların Paşinyana dəstəkləri onun yüksək keyfiyyət daşıyıcısı olmağından yox, Sarkisyan, Koçaryan və Qarabağ klanının digər təmsilçilərinə olan narazılıq və nifrətdən qaynaqlanır.

Hərbi xunta devrildiyindən o nifrət yavaş-yavaş buxarlanacaq və Dağlıq Qaraba problemi həllini tapmadığ təqdirdə, ölkəsində iqtisadi baxımdan əhəmiyyətli bir dəyişiklik əldə edə bilməyən Paşinyanın reytinqi birdən-birə necə qalxmışdısa, eyni sürətlə də düşəcək”.

sahib_aliyev_054

eldeniz-eldeniz

Millət vəkili Eldəniz Səlimov da hesab edir ki, Paşinyan yenidən qayıtmaq, öz mövqelərini daha da gücləndirmək, sabun köpüyü kimi qısa bir zamanda havaya buxarlanmış imicini yenidən bərpa etmək istəyir:

“O, himayədarları ilə növbəti oyununu oynayır. Çox güman ki, təminat aldığı üçün belə bir oyuna gedib, almasaydı, getməzdi. Getməsəydi də, yəni, özünü yenidən “qəhrəman” kimi göstərməsəydi də, vəziyyəti daha da ağırlaşacaqdı, tarixin arxivinə göndəriləcəkdi. Paşinyan bununla vaxt və uduş qazanmaq istəyir, bu vaxt ona uduş gətirib, gətirməyəcək, hər halda müəmmalı görünür. Yenə də qeyd edirəm ki, o, təminat alıb və çox güman ki, yenidən qayıdacaq (onsuz da hələ ki, səlahiyyətlərini icra edir), amma bu qayıdış onun üçün son qayıdış ola bilər, yəni, birdəfəlik siyasət və hakimiyyət üzünə həstəq qala, həsrət qoyula bilər. Çünki ciddi siyasətçi deyil, bu gün dediyini, sabah təkzib edir, bir dediyi o biri dediyi ilə uyğun gəlmir, daban-dabana ziddiyyət təşkil edir, nə istədiyini özü də bilmir və sair…Ancaq onun da, Ermənistanın tək nicat yolu var ki, bunu da dəfələrlə demşik və bu da ondan ibarətdir ki, artıq olmayan ağıllarını başlarına cəm eləyib, onun-bunun quyruğu, buyruq qulluqsusu olmaqdan əl çəkib, Azərbaycanla münasibətləri normallaşdırsınlar, işğal olunmuş əraziləri boşaltsınlar və Azərbaycan xalqının gözlədiyi ədalətli sülhə razı olsunlar. Yoxsa…”-deyə, millət vəkili sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

ABŞ səfiri Ermənistan hakimiyyətinə və cəmiyyətinə konkret mesaj göndərdi…

Read Next

DİN yeni nəsil şəxsiyyət vəsiqələri ilə bağlı məlumat yaydı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir