“Paşinyan Şuşada süfrə açıb, başına güllə çaxdığı və fatihəsini oxuduğu mərhum danışıqların ehsanını da verdi…”-ELDAR NAMAZOVDAN ELMAR MƏMMƏDYAROVA TƏPKİ

Paşinyan “Qarabağ Ermənistandı, nöqtə” bəyanatı ilə Minsk qrupu çərçivəsində aparılan danışıqların başına bir güllə çaxdı.

Etikxeber.az xəbər verir ki, bunu Prezident Kabitliyinin sabiq rəisi, eks-deputat, tanınmış politoloq Eldar Namazov öz sosial şəbəkə hesabında yazıb.

O, sonra bunları qeyd edib:

“Sonra “Biz heç bir sənəd-zad müzakirə etmirik, torpaqları qaytarmaqdan söhbət belə getmir” bəyanatı ilə danışıqların fatihəsini oxudu.Və nəhayət, Şuşada süfrə açıb, başına güllə çaxdığı və fatihəsini oxuduğu mərhum danışıqların ehsanını da verdi.

Elmar Məmmədyarov isə Qazaxda məntəqə seçki komissiyasının qadın üzvü tək, kişi kimi dirənib hamının üzünə ki: “O, ölməyib! O, sizin üçün ölüb, bizim üçün ölməyib!”…”.

Etikxeber.az


Read Previous

“Təbiəti qorumaq, qayğısına qalmaq hər birimizin vətəndaşlıq borcudur”-NAQİF HƏMZƏYEV

Read Next

“Ağrıların unudulmasını və duaların qəbul olunmasını diləyirəm”-SEVİNC HÜSEYNOVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir