Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
XIN: Aİ və Azərbaycan arasında “Yeni tərəfdaşlıq prioritetləri” adlı sənədin paraflanması gözlənilir
Ermənistanın baş naziri Nikol Paşinyanın oğlunun Dağlıq Qarabağda hərbi xidmət keçməsi siyasi şouya çevrilib.
Etikxeber.az məlumat verir ki, bunu Xarici İşlər Nazairliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
H. Hacıyev bildirib ki, populist Paşinyan hökuməti bu yolla reytinqini və cəmiyyətdə nüfuzunu qorumağa çalışır:
“Paşinyan hökumətinin yüz günü yaxınlaşır. Bu yüz gün ərzində ölkənin üzləşdiyi ciddi sosial, siyasi, iqtisadi problemlərin həlli istiqamətində işlər görmək əvəzinə, bu cür yolla öz reytinqlərini saxlamaq istəyirlər”.
XİN təmsilçisi qeyd edib ki, Ermənistan vətəndaşlarının Azərbaycan ərazisində hərbi xidmətə göndərilməsi Ermənistanın təcavüzkar dövlət olmasının növbəti və açıq göstəricisidir:
“Bu əməllər regionda sülhün təminatına xidmət etmir”.
Bu gün axşam saatlarında Brüsseldə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçiriləcək görüşə də toxunan XİN təmsilçisi bildirib ki, danışıqlar prosesinin gündəliyi və formatı bəllidir:
“Bu, beynəlxalq hüququn norma və prinsiplərinə söykənir. Azərbaycanın bu məsələdə mövqeyi bəllidir. Azərbaycan davamlı sülhü və münaqişənin həlli üçün intensiv və substantiv danışıqları dəstəkləyir”.
H. Hacıyev qeyd edib ki, hələlik Azərbaycan və Ermənistanın 1-ci şəxslərinin görüşü gündəlikdə deyil.
Prezident İlham Əliyevin Brüssselə səfərinə də münasibt bildirən H. Haçıyev deyib ki, onun NATO sammiti çərçivəsində Brüsseldə bir sıra görüşləri nəzərdə tutulub.
H. Hacıyev bildirib ki, sammit çərçivəsində İlham Əliyev və Avropa İttifaqı (Aİ) rəhbərliyi arasında da görüş keçiriləcək:
“Görüş zamanı Aİ və Azərbaycan arasında “Yeni tərəfdaşlıq prioritetləri” adlı sənədin paraflanması gözlənilir”.
Etikxeber.az