Paşinyan yarımmüstəqil dövlətini düşünürsə… DEPUTAT

Koçaryanın, Sarkisyanın qohumlarının həbsi, Xaçaturov müəmması və ümumiyyətlə, cərəyan edən hadisələr Ermənistanın keçmişinin qaranlıq olmasının göstəricisidir.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Azər Badamov deyib.

“Bütün bu proseslər çətin olsa da Ermənistan üçün vacib idi. Düzdür, bu proseslər Ermənistanın himayədarları tərəfindən qıcıqla qarşılansa da, təhdid dili işə düşsə də, lazımlıdır və davam etdirilməlidir. Artıq İrəvanın küçələrində ölən əsgər analarının etiraz dalğası da genişlənməkdədir və etitazlarda Dağlıq Qarabağa göndərilərək övladlarının ölməsinə qarşı çıxırlar. Ümumiyyətlə, Dağlıq Qarabağdan imtina ətrafında iş getdiyi hiss olunur. “Qarabağ klanı”nın hakimiyyətdən uzaqlaşdırılması, Dağlıq Qarabağla bağlı etiraz şüarlarının sələndirilməsi, Nikol Paşinyanın hərbi ritorika ilə danışması bütün bunlar boş –boşuna baş vermir”- deyən millət vəkilinin sözlərinə görə, Paşinyan ölkənin düşdüyü vəziyyətdən çıxarmaq üçün yol axtarır və proseslərin gedişatı onu deməyə imkan verir ki, yaxın vaxtlarda Dağlıq Qarabağla bağlı ciddi danışıqlar təklifi gələ bilər.

pasinyan

“Çünki, Paşinyan birdən-birə danışıqlara getsə, Qarabağ ermənilərin təşkilatçılığı ilə yenidən dövlət çevrilişi edə bilərlər. Torpaqla bağlı məsələ çox həssas məsələdir və Ter –Petrosyanı da vaxtilə Azərbaycanla danışıqlara razılığa gəldiyinə görə hakimiyyətdən uzaqlaşdırmışdılar. Ona görə də hazırda Ermənistanda danışqlara getmək üçün neytrallaşdırma prosesinin getdiyini düşünürəm. Bütün bunlar onu deməyə imkan verir ki, ermənilər müharibə vəziyyətində olmaqlarından yorulublar və məhvə doğru getdiyini anlamağa başlayıblar. Hər bir halda Ermənistanın gələcəyi Azərbaycanla mehriban qonşuluq münasibətlərin yaradılmasından gedir və indiki erməni hakimiyyətinin bunu başa düşməyə başladığını düşünürəm. Müşahidələrimə görə, Ermənistanda baş verən son proseslər Azərbaycanla razılığa gəlməyinə hazırlıqdır. Odur ki, Paşınyan özünün və yarımmüstəqil dövlətinin gələcəyini düşünürsə, addımlarını davam etdirilməli, hərbi ritorikaya son qoymalı və Azərbaycanla sülh razılaşmasına getməlidir”-deyə, millət vəkili sonra sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

ABŞ İrana yeni iki mərhələli embarqoya başlayır…

Read Next

Kolleclərə ixtisas seçimi başa çatır…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir