Paşinyandan növbəti avantürist və təxribatçı addım-YENİDƏN QARABAĞA GƏLDİ… – POLİTOLOQ BU HAQDA NƏ DEDİ?

Ermənistanın baş naziri Nikol Paşinyan əsabələriylə yenə Dağlıq Qarababağa gəlib.Əslən Dağlıq Qarabağdan olan Ermənistanın eks-prezidentləri Robert Köçəryan və Serj Sərkisyan heç Paşinyan qədər işğal altındakı torpaqlara gəlmirdilər. Bəs niyə Paşinyan az qala hər ay Xankəndinə gəlir? O nədən narahatdır? Paşinyanın “biz münaqişənin həllinə ortaq baxışı müzakirə edirik” sözləri bəhanədir. Eyni mövzunu nə qədər müzakirə etmək olar? Əlbəttə, Paşinyan Münhendə prezident İlham Əliyevlə danışıqların detallarını da separatçılarla bölüşüb. Ancaq bu Paşinyanın Xankənini su yoluna döndərməsinin əsas səbəbi deyil.

Etikxeber.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O, qeyd edib ki, Köçəryan və Sərkisyan Dağlıq Qarabağdakı separatçılara görə arxayın idilər, çünki Xankəndidə oturanlar yaratdıqları klanın təmsilçiləridir.

“Paşinyan isə Dağlıq Qarabağ separatçıları üçün doğma deyil. Ona görə də Paşinyan tez-tez Xankəndinə gəlib separatçıları nəzarət altında saxlamağa çalışır ki, İrəvandakı rejimə qarşı səhv addım atmasınlar. Martın 31-də separatçılar “prezident seçkisi” keçirəcəklər. Paşinyan seçki öncəsi Xankəndinə gəlməklə separatçılara həm də o mesajını verir ki, “prezident” seçiləcək şəxs Ermənistan hakimiyyətinin əleyhinə çıxmasın…”-deyə, E. Şahinoğlu əlavə edib.

Etikxeber.az

Read Previous

Zəlimxan Məmmədli-TƏKRAR SEÇKİDƏ İŞTİRAK QƏRARI VERDİ

Read Next

“Bu qətliam real qiymətini alacağı günə qədər əlimizdən gələni edəcəyik…” – YUSİF BABANLI YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir