Paşinyanı vurun – AYDIN MİRZƏZADƏDƏN ŞOK SÖZLƏR

Mənim Ordumuza əmr vermək ixtiyarım yoxdur. Amma snayperlərimizə və snayperçilərimizə üz tutub xahiş edirəm ki, əgər Paşinyan yenidən işğal olunmuş ərazilərimizə gələrsə, onu vursunlar.

Etikxeber.az xəbər verir ki, bunu parlamentdə millət vəkili Aydın Mirzəzadə deyib.

“Ermənistan özünə yeni baş nazir tapa bilər. Mən snayperçilərimizdən xahiş edirəm, Ermənistanın digər rəhbər şəxsləri, siyasətçiləri Qarabağ, işğal olunmuş ərazilərimizə gəlsələr, onları vursunlar.

Ermənistanın müdafiə naziri cəbhə bölgəsinə gələrsə, onu da vursunlar. Qoy zabitimizin qanı yerdə qalmasın. Ermənistan üçün bu, dərs olmalıdır.

Artıq səbrimiz daşmaqdadır. Qarabağ münaqişəsi həll olunmalıdır, işğala son qoyulmalıdır”-deyə, o, əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

“Vergilər naziri məsələyə diqqət yetirməlidir…” – OQTAY ƏSƏDOV

Read Next

Yaz sessiyası başa çatdı – BÜDCƏNİN İCRASI BİRİNCİ OXUNUŞDAN KEÇDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir