Pasiyentlərin və tibbi işçilərinin hüquqlarını tənzimləyəcək yeni qanun layihəsi ilkin variantda müzakirələrə çıxarılır.
Etikxeber.az-ın əldə etdiyi məlumata görə, yeni qanun layihəsi sabah-iyunun 18-də Milli Məclisin (MM) Səhiyyə komitəsinin növbədənkənar sessiya dövründə keçiriləcək ilk iclasında müzakirə olunacaq.
Müzakirələrdə adıçəkilən komitənin üzvləri ilə yanaşı, mütəxəssislərin, Səhiyyə Nazirliyinin rəsmilərinin də iştirakı gözlənilir.
İclasda həmçinin digər iki məsələnin – İnzibati Məcəlləsinə dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin və Beynəlxalq Hərbi- Tibb Komitəsinin Nizamnaməsinə qoşulmaq haqqında Sazişin ratifikasiyasını özündə əks etdirən sənədin müzakiəsi nəzərdə tutulur.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az