Payız sessiyasının sonuna kimi hansı yeni qanun layihələri müzakirələrə çıxarılacaq?

Bu ay 2020-ci ilin büdcə zərfi ilə bağlı müzakirələrin yekunlaşdırılıb, ali maliyyə sənədinin Milli Məclis (MM) tərəfindən qəbulu nəzərdə tutulur.

Etikxeber.az-ın xəbərinə görə, büdcə müzakirələri ilə bağlı qərarlaşdırlan bir neçə plenar iclasdan sonra noyabrın sonları və dekabr aylarında isə  parlamentin payız (qış) sessiyasında 3 və ya 4 iclasın, eyni zamanda, bir neçə komitə iclasının keçirilməsi gözlənilir.

Bəs bu iclaslarda hansı yeni qanun layihələri  müzakirələrə çıxarıla,  ən azı birinci oxunuşlara tövsiyə, yaxud, birinci oxunuşlarda qəbul edilə bilər?

Məlumata görə, payız sessiyasının sonuna kimi, Elm və təhsil komitəsi tərəfindən hazırlıqları başa çatdırlan, komitə iclasında müzakirələrdən sonra birinci oxunuşa tövsiyə olunması ehtimal edilən “Ali təhsil haqqında”,  həmçinin, Səhiyyə komitəsi tərəfindən artıq sonuncu müzakirələrdən keçirilərək,  birinci oxunuşa tövsiyə edilən “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihələrinin ən azı birinci oxunuşda müzakirəsi və qəbulu  planlaşdırılır.

Bu sıraya yenə Elm və təhsil komitəsi tərəfindən hazırlıqları davam etdirilən “Təhsil kreditləri haqqında”, o cümlədən, Əmək və sosial siyasət komitəsinin gündəmində olan “Turizm haqqında” və Mədəniyyət komitəsi tərəfindən hazırlıqları başa çatdırılan “Muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihələri də daxil edilə bilər.

Həmin yeni qanun layihələrinin də azı komitə iclaslarında müzakirələrə çıxarılması və birinci oxunuşa tövsiyəsi gözlənilir.

Bununla yanaşı, büdcə zərfi ilə birlikdə müzakirəsi baş tutmazsa, Vergi Məcəlləsinə 164 dəyişikliyi nəzərdə tutan qanun layihəsinin də payız sessiyasında tam şəkildə qəbulu gözlənilir.

Qeyd edək ki, adıçəkilən qanun layihəsi bir neçə gün öncə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi tərəfindən plenar iclasa tövsiyə olunub.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Azərbaycanda Konstitusiya günü qeyd olunur…

Read Next

“Konstitusiyası olmayan dövlət müstəqil sayıla bilməz” – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir