“Paytaxt və Bakı ətrafında 450 min sənədsiz ev var ki…”-MİLLƏT VƏKİLİ

Milli Məclisin növbəti plenar iclası keçirildi. Pandemiya səbəbindən çıxışların bir qismi yazılı olaraq, Milli Məclisin aparatına təqdim olundu.Parlamentdə müzakirə olunan bələdiyyələrin fəaliyyəti ilə bağlı təqdim etdiyim çıxışımda belə hesabatlarda bütövlükdə bələdiyyə büdcələri, eyni zamanda, büdcələrin formalaşması və mənbələrin göstərilməsi məqsədəuyğun olduğunu qeyd etdim. Bildirdim ki, baxmayaraq ki, bu fiskal nəzarətdir, amma, bütün hallarda bələdiyyə orqanlarının fəaliyyətinin qiymətləndirilməsi, o cümlədən inzibati fəaliyyətinin qiymətləndirilməsi üçün onların maliyyə mənbələri ilə bağlı ətaflı və detallı məlumata ehtiyac var.

Nəzərə alsaq ki, son illər bələdiyyələrdə vergitutma dairəsinin genişlənməsi müşahidə olunur. Ancaq buna baxmayaraq, bugün bələdiyyələrin büdcədən kənar mənbələrdən cəlb etdiyi vəsaitin həcmində ciddi artımlar yoxdur. Nəticə etibari ilə bələdiyyələr öz büdcələrinin gəlirlər hissəni diversifikasiya edə bilməyiblər. Bu da təbii ki, bələdiyyələrin fəaliyyətinə birbaşa təsir göstərir, onların yerlərdə iqtisadi və sosial inkişafa təsir imkanlarını məhdudlaşdırır.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib.

O, eyni zamanda, qeyd edib ki, bu məqam bələdiyyələrin vətəndaşların ehtiyaclarını qarşılamasında da çətinliklər yaradır.

“Nəzərə alsaq ki, fiziki şəxslərin əmlak vergisinin toplanılması daxil olmaqla, bir sıra vergilərin yığılmasından bələdiyyələr məhsuldur. Ancaq bu vergilər üzrə, xüsusən də əmlak vergisi üzrə aparılan monitorinqlər göstərir ki, vergilərin tam olaraq yığılmasında çətinliklər mövcuddur və praktik olaraq bu vergilər bələdiyyələr tərəfindən tam olaraq toplanıla bilmir. Ona görə də bu mexanizmin təkmilləşdirilməsinə və xüsusən də bələdiyyələrin vergitutma imkanlarının genişləndirilməsinə, və yeni mexanizmlərin tətbiq edilməsinə ehtiyac var. Nəticədə bunun da təhlil edilməsinə zərurət var ki, nə üçün bələdiyyələrdə bu vergilər üzrə daxilolmaları tam olaraq bərpa etməkdə çətinliklər mövcuddur. Bu istiqamət üzrə də yeni mexanizmin tətbiq edilməsi vacibdir. Digər tərəfdən bugün bələdiyyə mülkiyyətindəki torpaqlarda xeyli sayda inşa edilən evlər sənədsizdir. İlkin qiymətləndirmələrə görə paytaxt və Bakı ətrafında 450 min sənədsiz ev var.

Bütövlükdə ölkə üzrə sənədsiz evlərin sayı isə 550 mindən çoxdur. Həmin evlər də sənədləşdirilmədiyi üçün onların invertar dəyərinin hesablanmasında çətinliklər mövcuddur ki, bu da həmin evlərin həm vergiyə cəlb edilməsində, həm də bütövlükdə mülkiyyət hüququnun tanınması ilə bağlı çətinliklər yaradır. Baxmayaraq ki, artıq iki ildir ki, sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı konsepsiya üzərində iş gedir, amma, hələlik bu konsepsiya tam olaraq işlənilib təqdim olunmayıb. Ona görə də bu istiqamətdə də fəaliyyətlərin genişləndirilməsinə və xüsusən də sənədsiz evlərin daha optimal zamanda sənədləşdirilməsinin həyata keçirilməsinə ehtiyac var ki, bələdiyyələrin gəlirlərinə bu pozitiv təsir göstərsin. Eyni zamanda uzun zamandır ki, gündəmdə olan sənədsiz evlərin qeydiyyatı məsələsinin aradan qaldırılmasına xidmət edə bilər”-deyə, millət vəkili əlavə edib.

20:35, 17 aprel

Etikxeber.az

Read Previous

Koronavirusun mənbəyi axtarılır…

Read Next

“Əsassız və həqiqətə uyğun olmayan ittihamların sosial şəbəkələrdə yer alması təəssüf hissi doğurur…”-TAMAM CƏFƏROVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir