Paytaxtda 36, bəzi bölgələrdə 38 dərəcə isti olacaq-SABAH

Azərbaycanda iyulun 5-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Etikxeber.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24°, gündüz 32-37° isti, Bakıda gecə 22-24°, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı – 757 millimetr civə sütunu, nisbi rütubət gecə 60-65, gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 23-24°, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-25°, gündüz 33-38° isti, dağlarda gecə 11-16°, gündüz 23-28° isti olacağı ehtimal edilir.

Etikxeber.az

Read Previous

Bakıda bağda “ad günü” keçirən 5 nəfərin hər biri-200 MANAT CƏRİMƏLƏNDİ…-FOTO

Read Next

“Bizi qarşıda daha məhsuldar payız sessiyası gözləyir: Seçicilərin inamını doğrultmaq üçün fəaliyyətimizin səmərəsini artırmağı planlayırıq”-MM-İN KOMİTƏ SƏDRİ ÖTƏN 4 AYI MÜSBƏT QİYMƏTLƏNDİRDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir