Paytaxtda avtomobillərin parklanması ilə bağlı monitorinqlər başladı

Bakı şəhərində nəqliyyat axınında sıxlığın yaranmasına səbəb olan ən başlıca amillərdən biri avtomobillərin düzgün park edilməməsidir.

Bakı Nəqliyyat Agentliyindən Etikxeber.az-a verilən məlumata görə, qanunsuz parklama hallarının paytaxt yollarında tıxaclara səbəb olduğu hamıya məlumdur. Bir müddət əvvəl paytaxt küçələrində qanunsuz parklamanın qarşısını almaq üçün parkomat sisteminin tətbiqinə başlanıldı. Müəyyən olunmuş ərazilərdə sürücülər üçün avtomobillərini yalnız bu ərazilərdə park etmələri məqsədilə xüsusi parkomatlar quraşdırılmasına baxmayaraq, hələ də qeyri-qanuni yerlərdə parklamalar müşahidə edilir.

Bundan əlavə, paytaxtda parkomatlar quraşdırılan, eyni zamanda avtomobilin saxlanmasını qadağan edən yol işarələri qoyulmuş ərazilər mövcuddur. Bununla bağlı olaraq, Bakı Nəqliyyat Agenliyi tərəfindən monitorinqlərə başlanılıb. Bütün bu proseslərə nəzarət etmək məqsədilə İNS layihəsi çərçivəsində Bakı şəhəri üzrə quraşdırılmış 44 parklamaya nəzarət kameraları bərpa edilib. Bu nəzarət kameraları növbəli iş rejimində olmaqla Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində 12 nəfərlik işçi heyət tərəfindən müşahidə edilir.

Gün ərzində işçi qrupu tərəfindən aşkarlanan qayda pozuntuları müvafiq cərimə tədbirlərinin görülməsi üçün aidiyyəti qurumlara təqdim edilir. Bununla əlaqədar olaraq, bir daha sürücülərə parklama zamanı daha diqqətli olmaları, avtomobillərini qeyri-qanuni yerlərdə park etməmələri tövsiyə edilir.

Etikxeber.az

Read Previous

Prezident Xaçmazda Bayraq Meydanında və Bayraq Muzeyində yaradılan şəraitlə tanış olub

Read Next

“20 Yanvar” dairəsində təmir işləri başa çatıb?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir