Elektrik enerjisi təchizatının kəsilməsi ilə əlaqədar olaraq hazırda paytaxtın S.Vurğun küçəsi ilə N.Yusifbəyli küçəsinin, N.Yusifbəyli küçəsi ilə X.Şuşinski küçəsinin, Azadlıq prospekti ilə N.Yusifbəyli küçəsinin, C.Hacıbəyli küçəsinin N.Yusifbəyli və M.Mirqasımov küçələri ilə kəsişməsində işıqforlar işləmir.
Bakı Nəqliyyat Agentliyindən Etikxeber.az-a bildirilib ki, sürücülərdən ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.
Ertikxeber.az