Paytaxtın Cəfər Xəndan və Nəcəf Nərimanov küçələrinin təmir işləri yekunlaşdırıldı- FOTOLAR

Binəqədi rayonu ərazisindəki Cəfər Xəndan küçəsinin bir hissəsində və Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsində təmir işləri yekunlaşdırılıb.

Təmir işləri avtonəqliyyat vasitələrinin və piyadaların rahat, maneəsiz və təhlükəsiz şəkildə hərəkətini təmin etmək istiqamətində kompleks tədbirlər çərçivəsində “Azəravtoyol” ASC tərəfindən aparılıb.

ASC-nin mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, sözügedən küçələrdə yeni yeraltı kommunikasiya xətləri çəkilib, yolun hərəkət hissəsindən səth sularının normal kənarlaşdırılmasını təmin etmək məqsədilə mövcud yağış-kanalizasiya xətləri işlək vəziyyətə salınıb, zəruri olan yerlərdə yeniləri çəkilərək yağış barmaqlıqları qoyulub.

Qeyd olunub ki, uzunluğu 630 metr, eni isə 10 metr təşkil edən Nəcəf Nərimanov küçəsində aparılan təmir işləri zamanı yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınıb, bunun əvəzinə küçənin 6 min kvadratmetrdən çox sahəsinə ikiqat olmaqla yeni asfalt-beton örtüyü döşənib.

Həmçinin küçənin təmir olunan hissəsində mövcud piyada səkiləri bərpa olunub və yeniləri tikilərək asfaltlanıb. Piyada səkilərinin kənarlarına 1200 poqonmetr yeni səki daşları düzülüb.

Binəqədi rayonu, Cəfər Xəndan küçəsində isə təmir işləri Şövkət Məmmədova və İbrahimpaşa Dadaşov küçələri arasında yerləşən eni 16 metr, uzunluğu 350 metr olan hissədə görülüb. Burada da köhnə asfalt-beton örtük ikiqat olmaqla yenisi ilə əvəzlənib, mövcud piyada səkiləri isə bərpa edilib.

Ümumilikdə küçənin sözügedən hissəsində 5500 kvadratmetr sahəyə yeni asfalt-beton örtük salınıb, piyada səkilərinin kənarlarına isə 700 poqonmetr yeni səki daşları düzülüb.

Təmir işləri zamanı hər iki küçədə hərəkətin normal təşkili üçün zəruri yol nişanları, yol-cizgi və yolgöstərici xətlərlə təmin edilib.

Xatırladaq ki, bundan öncə Cəfər Xəndan küçəsinin Azadlıq prospekti ilə Qəzənfər Musabəyov küçəsi arasında yerləşən 700 metrlik, həmçinin Əhməd Rəcəbli və Şövkət Məmmədova küçələri arasında yerləşən 750 metrlik hisslərində təmir işləri yekunlaşdırılıb. Növbəti mərhələdə küçənin İbrahimpaşa Dadaşov və Azadlıq prospekti arasında yerləşən 550 metrlik hissəsinin təmir edilməsi nəzərdə tutulub.

cefer-2

Etikxeber.az

Read Previous

Ölkə üzrə 36 368,9 litr qan tədarük olunub – RƏSMİ

Read Next

“Güzəştli qaydada maliyyələşdirilmənin bu il də davam etdiriləcəyi şübhəsizdir” – BADAMOV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir