Pelenin oğlu həbs olundu

Brazilian soccer star Pele displays the FIFA World Cup during its presentation in Rio de Janeiro in February 2010. Pele’s World Cup winner’s medals from 1958, 1962 and 1970 are up for auction

Əfsanəvi futbolçu Pelenin oğlu həbs olunub.

Etikxeber.az-ın RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Edson Şolbi Nasimentu (Edinyo) 13 illik həbs cəzasını çəkmək üçün polisə gəlib.

Braziliya məhkəməsi 2014-cü ildə onun barəsində 33 il müddətinə həbs qərarı çıxarıb.

Edinyo narkotacirlərdən alınmış çirkli pulların yuyulmasında təqsirli bilinir. Lakin o, apellyasiya şikayətinə baxıldığı müddətdə azadlıqda qalıb.

Fevralın 23-də məhkəmə ittiham aktını təsdiqləyib və cəzanı 12 il 10 aya endirib.

Edinyo fevralın 24-də Santos şəhərinin polis məntəqələrindən birinə gəlib.

“Çox məyusam, çünki məni törətmədiyim cinayətdə – çirkli pulların yuyulmasında ittiham edirlər” – deyə, o, bildirib.

Araşdırma 2005-ci ildə başlayıb. Edinyoya qarşı tanınmış narkotacirlərlə əlaqə və narkoticarətdə iştirakla bağlı ittiham irəli sürülüb. O isə ittihamları qətiyyətlə təkzib edərək bildirib ki, narkotik qəbul etsə də, onların satışında iştirak etməyib.

Edinyo ötən əsrin 90-cı illərində Braziliyanın məşhur “Santos” klubunda çıxış edib. Onun atası Pele də məhz “Santos”da məşhurlaşıb.

Etikxeber.az

Read Previous

Politoloqdan deputata dəstək: “Zeynəb Xanlarovanın çıxışı ciddi mesajdır”

Read Next

Düşmən bütün cəbhəboyu irimiqyaslı təxribatlar törədib – MÜDAFİƏ NAZİRLİYİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir