Penitensiar Xidmətin rəis müavini: Cəzaçəkmə müəssisələrində ölüm halları həmişə olub

“Cəzaçəkmə müəssisələrində ölüm halları həmişə olub”.

Etikxeber.az-ın xəbərinə görə, bunu Penitensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov deyib. Onun sözlərinə görə, ölüm halları azadlıda da baş verir:

“Azadlıqda olan ölüm halları ilə həbsxanalardakı müqayisə etsək, ölüm faktlarını cəzaçəkmə müəssisələrində daha azdır, nəinki azadlıqda”.

***

“Hazırda bölgələrdə 6 cəzaçəkmə müəssisəsi tikilir”.

Bunu  da H. Əlixanov deyib.

H. Əlixanov Kürdəmir, Lənkəran və Gəncədə yeni cəzaçəkmə müəssisələri tikildiyini bildirib.

Rəis müavini qeyd edib ki, yeni cəzaçəkmə müəssisələrinin tikilməsi məhkumların yaxınlarının görüşmək üçün uzağa getməməsi ilə bağlıdır.

Onun sözlərinə görə, Azərbaycanda məhkumların saxlanma şəraiti yüksək səviyyədədir: “Bu şərait Avropa standartlarına uyğundur”.

Etikxeber.az

Read Previous

Hava kəskin dəyişəcək, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Read Next

“AZƏRİQAZ”IN MƏSULİYYƏTSİZLİYİNƏ SON QOYULACAQMI? – Dəm qazı daha 2 can aldı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir