“PENSİLVANYAYA QƏDƏR YÜRÜYÜN!”- Bu dəfə də Baxçalı ilə Kılıcdaroğlu qarşı-qarşıya gəldi…

İndi də MHP genəl başqanı Dövlət Baxçalı ilə CXP genəl başqanı Kamal Kılıcdaroğlu arasında gərginlik yaranıb və bu gərginlik daha da alovlanmaqdadır.

Etikxeber.az-ın xəbərinə görə, gərginliyə səbəb isə Baxçalının Kılıcdaroğlu və CXP-lilər haqda sərt sözləri olub.

Belə ki, Baxçalı və komandası 8 gün öncə Ankaradan İstanbula- CXP-li deputat Enis Berberoğlunun cəza çəkdiyi “Maltəpə” cəza evinə kimi, “Ədalət!” yürüşünə başlayan Kılıcdaroğlu və “ekibi”nə qarşı çıxmış, bu yürüşün əliyninə olduğunu bildirmiş, “Ağılsız başın cəzasını ayaqlar çəkərmiş”-deyə, ittiham səsləndirmişdi.

Bununla kifayətlənməyən Baxçalı dünən “Twitter” hesabı üzərindən növbəti paylaşımında Kılıcdaroğluna və aksiya iştirakçılarına yenidən sərt ifadələrlə yüklənib.

“Yürüyün yürüməsinə də,  aman yıxılımayın, yarı yolda üşüyüb də, geri dönməyin.  Nəfəsiniz çatarsa, Pensilvanyaya qədər gedin, geri gəlməyin”-deyə, o, bildirib.

Kılıcdaroğlu da Baxçalının növbəti ittihamları ilə bağlı bunları deyib:

“Sayın Baxçalı açıqlama yayıb,  eləştirmiş. Canı sağ olsun, istədiyi eleştirini edə bilər. Mənə görə,  “Hökümət Sözcülüyü”nə də başlaya bilər.

Amma mən həyatım boyunca nə Pensilvanyaya getdim , nə  Pensilvanyayla danışdım,  nə də Pensilvanya mənə təşəkkür etdi. Fəthullah Gülən rahatsız-xəstə olduğu dönəmdəki  qəzet  elanlarına da baxın.

Görün ki, o kimə təşəkkür etmiş…”.

Etikxeber.az

 

Read Previous

Moldova Prezidenti Dodonun Aərbaycana səfəri başlayıb,rəsmi qarşılanma mərasimi olub – FOTO

Read Next

Hülya Koçyigit əri ilə yürüşə başladı və… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir