Pensiya islahatları ilə bağlı qanun layihəsi müzakirələrə çıxarılır – FEVRALIN 3-də

Azərbaycanda pensiya islahatları ilə bağlı yeni qanunun qəbulu gözlənilir.

Etikxeber.az-ın məlumatına görə, bu haqda yanvarın 26-da Milli Məclisin (MM) qarşıdan gələn növbəti yaz sessiyası ilə bağlı parlamentin Əmək və sosial siyasət komitəsinin ilk iclasında sözügedən komitənin sədri Hadi Rəcəbli məlumat verib.

Komitə sədri deyib ki, bununla bağlı qanun layihəsi artıq hazırdır və onun yanvarın 31-də İşçi Qrupunun, fevralın 3-də isə adıçəkilən komitənin iclasında müzakirəyə çıxarılması nəzərdə tutulur.

“Bu, çox ciddi qanundur. Orada çox mühüm məsələlər əksini tapıb. Biz İşçi Qrupunda və komitəmizdə geniş müzakirə etdikdən sonra onu plenar iclasa tövsiyə etməliyik. Daha doğrusu, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun da iştirakı ilə ayın 3-də keçiriləcək müzakirədən sonra onu fevralın 14-də baş tutacaq plenar iclasa tövsiyə etməyi nəzərdə tuturuq”-deyə, H. Rəcəbli daha sonra sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Yaponiya və ABŞ liderlərinin görüşünün gündəliyi açıqlandı

Read Next

“Problemlər var, insanlarla görüşüb onların ürəyinə az da olsa, su səpməliyik” – DEPUTAT

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir