Pensiyalar 200 manat olacaq – OKTYABRIN 1-DƏN

 

“Əmək pensiyaları haqqında” qanuna dəyişiklik  müzakirələrdə

Parlament  “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsini müzakirəyə çıxarır.

Etikxeber.az-ın xəbərinə görə, dəyişiklik layihəsi  öncə parlamentin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasının müzakirəsinə çıxarılıb.

Dəyişiklik əmək pensiyasının minimum məbləğinin artırılması ilə bağlıdır.

Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə parlamentə göndərdiyi layihəyə əsasən, qanunun 6-1-ci maddəsinin (Əmək pensiyasının minimum məbləği) mətni yeni redaksiyada verilir: “Əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Təyin edilən əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir”.

Bundan öncə əmək pensiyasının minimum məbləği 160 manat olub.

Onu da qeyd edək ki, qanun layihəsi öarlamentin  iyunun 28-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

53-cü Baş Assambleya başladı- OQTAY ƏSƏDOV BƏYANATLA ÇIXIŞ ETDİ

Read Next

Əməkdaşlığın belə vacib sahələri həmişə diqqət mərkəzində olacaq – MƏMMƏDYAROV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir