Perinçek də CXP-lilər haqda sərt danışdı…

AKP-lilər və Baxçalı tərəfdarlarından sonra daha bir siyasətçi CXP-nin 9 gün öncədən başlatdığı və hələ də davam etdirdiyi  “Ədalət!” yürüşünə qarşı çıxıb, Kamal Kılıcdaroğlu ilə CXP-lilərin ünvanına sərt ifadələr səsləndirib.

Etikxeber.az-ın xəbərinə görə, CXP-liləri hədəf alan növbəti siyasətçi Vətən Partiyasının lideri Doğu Perinçekdir.

O, CXP-ni PKK və HDP-çilərlə işbirliyində olmaqda, onlarla birgə yürüməkdə ittihamlayıb:

“Kılıcdaroğlunun yanında kimlərin yürüdüyünə baxsaq, bu aksiyanın CXP ilə HDP ortaq aksiyası olduğunu görərik.

Zatən HDP-ni də TBMM-ə CXP gətirdi.

Nə qədər də xalqın səsi ilə Məclisə gəlmiş olsalar da, xalq yanılmaz deyə də bir şey yoxdur…”

Etikxeber.az

 

 

Read Previous

Baxçalı “müxaliflərinə” ağır sözlər dedi: “KOMİK GÖRÜNÜRLƏR…”

Read Next

Kılıcdaroğlu prezidentlə baş naziri yürüşə dəvət etdi, Ərdoğan “örtülü darbe” dedi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir