“Peşə təhsili haqqında” qanun layihəsi üzərində iş gedir…

MM-in Elm və təhsil komitəsinin üzvü: “Yeniyetmə və gənclərə peşə sirrlərini məhz   təcrübü sahədə öyrətmək lazımdır, nəzəri biliklər həyata keçməyəndə isə unudulur”

“Məktəbəqədər təhsil haqqında” qanun layihəsi cəmiyyətin uzun zamandan bəri gözlədiyi qanun layihələrindən biri idi. Nəzərə alsaq ki, uşağın uğurlu təhsili, şəxsiyyət kimi formalaşması, ictimai həyata tam adaptasiyası məktəbəqədər dövrdə verilmiş təlim-tərbiyədən əsaslı şəkildə asılıdır,  onda layihənin valideyinlər, ailə və cəmiyyət üçün əhəmiyyətliliyi göz önündədir. Bundan əlavə onu da deyim ki, bu qanun layihəsi hazırlanana qədər  məktəbəqədər təhsil sahəsində  bir sıra normativ hüquqi aktlar qəbul olunmuşdu və onların bəziləri qüvvədən düşmüş, bəziləri mövcud reallığı əks etdirmədiyindən, ya da müəyyən boşluqların olması səbəbindən, bu sahədə çalışanlar üçün müəyyən anlaşılmazlıqlar yaradırdı. Odur ki, təhsilin bu pilləsi üzrə qanunverici bazanın təkmilləşdirilməsinə ehtiyac vardı”. 

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında millət vəkili, Milli Məclisin (MM) Elm və təhsil komitəsinin üzvü Sona Əliyeva deyib.

O, qeyd edib ki,  mövcud qanun layihəsi isə geniş xarici təcrübə öyrənilməklə, müasir didaktik və pedoqoji prinsiplər əsasında hazırlanmış, günümüzün tələblərinə tam cavab verən,  məktəbəqədər təhsil prosesinin bütün iştirakçılarının hüquqlarıının qorunmasından tutmuş, məktəbəqədər təhsil prosesinin dövlət , bələdiyyə və özəl sektorda da hüquqi  tənzimlənməsini nəzərdə tutan,  məktəbəqədər təhsil müəssisələrinin genişləndirilməsini və bu sahədə  özəl sektorun da stimullaşdırılmasını özündə ehtiva edən  kompleks normativ hüquqi aktdır.  Bu baxımdan, millət vəkili əmindir ki, yüksək ictimai əhəmiyyət daşıyan bu qanun layihəsi təhsilin ilk pilləsinin inkişafına xidmət etməklə yanaşı, savadlılıq indeksinin yaxşılaşmasına da öz təsirini göstərəcək.

Eyni zamanda, üzvü olduğu komitənin yaxından iştirakı ilə hazırlanan “Peşə təhsili haqqında” qanun layihəsinə toxunan S. Əliyeva deyib ki, bu sənədin hazırlanması ilə əlaqədar komissiya yaradılıb: “Artıq bu sahə üzrə qabaqcıl təcrübəsi olan  bir neçə ölkənin   qanunvericiliyi öyrənilib. Bundan başqa mövcud normativ hüquqi aktlara və xarici təcrübəyə  istinad etməklə, qanun layihəsinin ilkin variantının hazır olduğunu deyə bilərəm. Qanun layihəsi peşə təhsili sahəsində dövlət siyasətinin prinsiplərini, peşə təhsilinin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edəcək, həmçinin peşə təhsili və təliminin inkişafına dair strateji yol xəritəsində göstərilən  strateji məqsədlər və hədəflər də qanunvericiliyə uyğun olaraq öz əksini tapacaq”.

Millət vəkilinin bildirdiyinə görə,  peşə təhsili sisteminin gücləndirilməsi istiqamətində işlər  aparılır, lakin düşünür ki, bu yöndə hələ xeyli işlər görülməlidir: “Keçən il  Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması bu sahənin inkişafı istiqamətində atılmış ən önəmli addım idi. Eləcə də, Azərbaycan  Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiqlənən “Peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”  5 strateji hədəfdən və 9 prioritetdən ibarət olmaqla, 2020-ci ilədək strateji baxış ölkədə əmək bazarının tələblərinə cavab verən mühəndis-pedaqoji heyətə, yenilənmiş təhsil proqramlarına və peşə standartlarına malik pilot və optimallaşdırılmış peşə təhsili müəssisələrindən ibarət peşə təhsili və təlimi sisteminin formalaşdırılmasını hədəfləyir. Bu onu göstərir ki, təhsilin bu pilləsi milli iqtisadiyyatın inkişafında önəmli olmaqla, dövlət təhsil siyasətinin başlıca prioritet istiqamətlərindəndir. Bu kimi sənədlərin imzalanması gələcək perspektivləri aydınlatsa da, peşə təhsili pilləsi üzrə keyfiyyətli təhsil və təlimin verilməısi istiqamətində  hələ qarşıda qarşıda çox işlər durur. Peşə təhsilinin əsas məqsədi hər gün dəyişən iş dünyasının bacarıqlı peşə faliyyətinə uyğun peşə bacarıqları, bilik və hazırlıq səviyyəsi formalaşdırmaqdır. Peşə təhsilinin əsas mərhələsi isə lazımi iş təcrübəsinin qazanılması məqsədilə aparılan təlim və təhsildir. Ona görə də, yeniyetmə və gənclərə peşə sirrlərini məhz   təcrübü sahədə öyrətmək lazımdır. Nəzəri biliklər həyata keçməyəndə unudulur. Mövcud peşə təhsili müəssislərində isə maddi texniki baza zəifdir və yenidən qurulmasına ehtiyac vardır. Gələcəkdə özəl sektor və bu kimi təhsil müəssisələrinin birlikdə fəaliyyətini əlaqələndirməklə  mühüm müsbət nəticələr əldə etmək olar”.

S. Əliyeva həmçinin deyib ki, digər tərəfdən, bizdə nəzəri bilikləri aşılayan vəsaitlər, çap materialları da azdır: “Bu sahədə hazırlanmış müasir təhsil proqramlarına uyğun yeni alternativ vəsaitlərin hazırlanması vacib məqamlardan biridir.  Sonda onu deyim ki, bu sahənin inkişafı üçün prioritetlər müəyyən olunub, dövlət dəstəyi yüksək səviyyədədəir, deməli yaxın gələcəkdə təhsilin bu səviyyəsi üzrə yüksək nəaliyyətlər olacaq. Qanun layihəsinə gəldikdə isə, layihə  bu sahədə mövcud olan normativ-hüquqi bazanın daha da tkmilləşdirilməsinə və daha nükəmməl kompleks sənədin hazırlanmasına xidmət edir.  Qanun layihəsində peşə  təhsilinin keyfiyyətinə qoyulan tələblər, rasionallaşdırılmış və optimallaşdırılmış peşə-ixtisas şəbəkəsinin qurulmasına yönəlik və maliyyələşdirilmısinə dair hüquqi tənzimləmələr, yerli özəl-dövlət və beynəlxalq tərəfadaşlıq və s. digər bir çox məsələlər də öz əksini tapmaqla bu sahənin inkişafına xidmət edən müasir idarəetmə strukuturunun yaradılmasına və hüquqi tənzimlənməsinə öz töhfələrini verəcək.  Əlbəttə ki, qanun layihəsi cəmiyyətə təqdim olunandan sonra daha geniş müzakirəyə açıq olacaq.  Ümumilikdə isə görülən və ərsəyə gətirilən hər bir iş dövlətimizin güclənməsinə və əhalinin rifah halının yaxşılaşdırılmasına xidmət edir”.

Etikxeber.az

Read Previous

Tatlısəsə 13 milyonluq veriliş təklif olundu, o isə…

Read Next

Ebru Yaşar: “Evlilik təklifi almdan evlənəcəyimizi hiss etdim…”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir