Pilotsuz avtomobil texnologiyalarının inkişafı barədə razılıq əldə olundu

Yaponiyanın Karuizava şəhərində “Böyük yeddilik” (G7) ölkələrinin nəqliyyat nazirlərinin ikigünlük görüşü keçirilib. Görüşdə digər məsələlərlə yanaşı, pilotsuz avtomobil texnologiyalarının inkişafı barədə də razılıq əldə edilib.

Etikxeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, sentyabrın 24-də nazirlərin elan etdiyi bəyanatda bildirilir ki, pilotsuz nəqliyyat vasitələrinin geniş tətbiqi yol-nəqliyyat hadisələrinin sayının azalmasına və tıxacların aradan qaldırılmasına təkan verər. Pilotsuz nəqliyyat vasitələri, güman edilir ki, əyalət yerlərində yaşayan əhalinin nəqliyyatla təmin edilməsində də mühüm rol oynaya bilər.

G7 ölkələrinin nazirləri, həmçinin sürücülərin nəqliyyat vasitələrini idarə edərkən yol verə biləcəyi səhvləri aradan qaldırmağa xidmət edəcək yeni sistemlərin yaradılması məqsədilə texniki məsələləri araşdıracaq işçi qrupun yaradılması barədə də razılığa gəliblər.

Etikxeber.az

Read Previous

Sabah hava dəyişkən buludlu olacaq, arabir qısamüddətli yağış yağacaq

Read Next

“Türkiyənin bir hissəsi iki dövlətə – Ermənistan və Kürdistana veriləcəkdi…”- NAZİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir