Pirallahı, Xəzər və Sabunçu rayonları üzrə səyyar qəbul dekabrın 9-da keçiriləcək

Dekabrın 9-da Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən Bakının Pirallahı, Xəzər və Sabunçu rayonları üzrə səyyar qəbul keçiriləcək.

BŞTİ-dən Etikxeber.az-a bildiriblər ki, Bakıdakı 311 nömrəli tam orta məktəbdə (ünvan: Sabunçu rayonu, Şəhər şosesi, döngə 6) təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlanacaq.

Səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmini üçün sistemli iş aparılması məqsədlərinə xidmət edir.

Qəbulda müəllim və valideynləri narahat edən məsələlər BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşları tərəfindən öyrəniləcək, problemli məsələlər araşdırılacaq, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.

Etikxeber.az

Read Previous

172 min 829 nəfərə fərdi şəxsi hesab açılıb – NAZİRLİK

Read Next

Rəhimov Sirvana gedir…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir