PJB-dən Dövlət Bayrağı Günündə ölkənin Şimal bölgəsində möhtəşəm aksiya – FOTOLAR

Elşad Eyvazlı: “Ötən il jurnalistlər bayraq gününü Balakən, Zaqatala, Şəki, Qax və Oğuz rayonlarında qeyd ediblər. 2015-ci ildə isə Goranboy, Göygöl və Gəncə şəhərlərində olub, yerli sakinlərlə görüşüblər. Növbəti illərdə də bu ənənə davam etdiriləcək”

Parlament Jurnalistləri Birliyi (PJB) Dövlət Bayrağı Günü münasibətilə ölkənin Şimal- Şərq bölgəsində bayraq aksiyası keçirib. 

Xacmaz-bayraq

bayraq-8

bayraq-7

bayraq-1

bayraq-6

bayraq_gunu_-_431510291772

bayraq-5

bayraq-4

Etikxeber.az məlumat verir ki, tədbirdə PJB 20-yə yaxın üzvü iştirak edib.

Jurnalistlər öncə Quba məzarlığını ziyarət ediblər.

PJB sədri Elşad Eyvazlı Quba Məzarlığı Müzeyində xatirə kitabına ürək sözlərini yazıb.

Media nümayəndələri Quba, Qusar və Xaçmazda yerli sakinlərlə görüşərək, onlara Azərbaycan bayrağı ilə bağlı məlumat veriblər.

Adıçəkilən rayonların sakinləri də aksiyaya çox müsbət və isti münasibət sərgiləyib, Dövlət Bayrağı Gününə və Azərbaycanın üçrəngli bayrağına öz hörmət və ehtiramlarını nümayiş etdiriblər.

PJB sədri E.Eyvazlı da öz növbəsində deyib ki, gənc nəsil bayraqla bağlı yaşlı nəslə nisbətən daha məlumatlıdır:

“Xüsusilə, 10 yaşadək uşaqların bayraqla bağlı söylədikləri fikirlər, bayraq sevgisi jurnalistlərin ciddi marağına səbəb olub. Səfər zamanı jurnalistlər yerli sakinlərə bayraqlar hədiyyə ediblər”.

Onun sözlərinə görə, PJB üzvlərinin bayraq günü ilə bağlı ölkənin ayrı-ayrı bölgələrinə səfəri artıq ənənə halını alıb:

“Ötən il jurnalistlər bayraq gününü Balakən, Zaqatala, Şəki, Qax və Oğuz rayonlarında qeyd ediblər. 2015-ci ildə isə Goranboy, Göygöl və Gəncə şəhərlərində olub, yerli sakinlərlə görüşüblər. Növbəti illərdə də bu ənənə davam etdiriləcək”.

Qeyd edək ki, media nümayəndələrinin səfəri 51 saylı Qusar seçki dairəsindən deputat seçilən Azər Badamovun, 52 saylı Quba seçki dairəsindən deputat seçilən Vahid Əhmədovun və 55 saylı Xaçmaz şəhər seçki dairəsindən deputat seçilən Eldəniz Səlimovun dəstəyi, PJB-nin təşkilatçılığı ilə baş tutub.

Etikxeber.az

Read Previous

“Rusiya müdaxiləsi” demokratik dövlətlər üçün ciddi təhlükədir” – MAKRONDAN XƏBƏRDARLIQ

Read Next

Jurnalistlər DYP əməkdaşlarını Dövlət Bayrağı Günündə belə təbrik etdilər- FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir