PJB-dən Dövlət Bayrağı Günü ilə bağlı növbəti – MÖHTƏŞƏM AKSİYA VƏ BƏRDƏ XƏYALQIRIQLIĞI – FOTOLAR – YENİLƏNİB

Parlament Jurnalistlər Birliyi (PJB) 9 noyabr Dövlət Bayrağı Günü ilə  bağlı növbəti-ənənəvi və möhtəşəm aksiyasını reallaşdırıb.

Etikxeber.az-ın xəbərinə görə, PJB üzvləri bu dəfə ölkənin Aran Qarabağ və Gəncəbasar  bölgəsində-Bərdə, Ağdam, Tərtər, Goranboy Göygöl rayonlarında olub, Dövlət Bayrağı Gününü bu bölgələrin sakinləri ilə birlikdə qeyd ediblər.

bayraq-3

Qeyd edək ki, PJB üzvləri ilk öncə Azərbaycanın ən qədim, ən tarixi bölgələrindən və ilk paytaxtlarından-hökmdar Nüşabənin vətəni olan Bərdə rayonunda olublar.

barda-1

PJB üzvləri rayonun mərkəzində-bir neçə məkanda olaraq, yerli sakinlərə bayraq paylayıb, onlarla, xüsusilə, azyaşlı uşaqlarla, məktəblilərlə bayraq, Dövlət Bayrağı Günü ilə bağlı fikir mübadiləsi aparıblar. Azyaşlı məktəblilərdən bir neçəsi bayrağa həsr olunmuş şeir ifa edib və alqışlanıblar.

Bununla yanaşı, PJB üzvləri aksiya zamanı xəyal qırıqlığı yaşayıblar.

Əvvəla, Bərdə kimi önəmli və tarixi bir bölgədə Dövlət Bayrağı Günü demək olar ki,  hiss olunmayıb, yollarda, meydanlarda, dövlət binalarının üzərində bir dənə olsun belə, dövlət bayrağına rast gəlinməyib.

Rayonun mərkəzində ucladılan bayraq isə sakni “boynubükük” halda olub, onun varlığı ilə yoxluğu bilinməyib.

İkincisi, PJB üzvləri aksiyaya başlayarkən və Rayon İcra Hakimiyyəti binası önündən keçərkən sayğısızlıqla üzləşiblər.

Belə ki, icra başçısı İcra Hakimiyyəti binasının mühafizəçisini PJB üzvlərinin “hüzuruna” göndərib, o da  kobud  və amiranə tərzdə  “başçı deyir ki, gör onlar nə üçün gəliblər…”-deyərək, PJB üzvlərini əsassız şəkildə narahat edib.

PJB üzvləri məqsədlərinin nədən ibarət olduğunu bildirərək, aksiyaya davam ediblər.

Eyni zamanda, bəzi PJB üzvləri yerli sakinlərdən bir neçəsinə dövlət bayrağını təqdim edərkən, “bizə bayraq lazım deyil, bu bayraq bizə nə verib”-deyə, bir sıra “suallar”la və üzücü mənzərə ilə üzləşiblər.

Bu üzücü mənzərə, müqəddəs üçrəngli bayrağa laqeyd, biganə münasibət PJB üzvlərində  böyük xəyal qırıqlığı yaradıb.

Qeyd etmək yerinə düşər ki,  bu üzücü mənzərədə  birmənalı “payı” olanlar arasında uzun illərdir bur rayona rəhbərlik edən şəxslər, yerli icra strukturları və onları nümayəndələri də  var. Məhz onların düzgün olmayan idarəçiliyi üzündən bəzi insanlarda dövlət bayrağına belə bir üzücü münasibət yaranıb…

Hər halda icra başçısı, Bərdənin rəhbər qurumları və şəxsləri bu barədə ciddi düşünməli, vətəndaşlara yuxarıdan aşağı baxmamalı, insanlarla açıq, səmimi təmasa keçməli, onların yanında olmalı, xüsusilə, dövlət atributlarına münasibətdə örnək davranış sərgiləməlidirlər…

***

bayraq-5

PJB üzvləri sonra ərazisinin 70 faizindən çoxu erməni işğalında olan, minlərlə şəhid verən, düşmən qarşısında 26 ildir sipərə çevrilən qəhrəman Ağdam bölgəsində, Quzanlıda və məcburi köçkünlər üçün salınan Yeni  İmamqulubəyli qəsəbəsində olublar.

Burada olarkən PJB üzvləri döblət bayrağına yerli sakinlər, məcburi köçkünlər tərəfindən səmimi və sayğılı münasibətlə üzləşiblər.

bayraq-13

Hətta, PJB üzvlərindən bir neçəsi  qurumun rəhbəri Elşad Eyvazlı ilə birlikdə məcburi köçkün ailələrinin övladlarının toy mərasimində iştirak edib, yeni qurulan ailəni, bəylə-gəlini, onların yaxınlarını, məclis iştirakçılarını həm toy, həm Dövlət Bayrağı Günü münasibəti ilə təbrik və onlara bayraq hədiyyə edib,  yeni cütlüyə və Azərbaycan xalqına xoşbəxtlik arzulayıblar.

Bu addım həm PJB üzvlərində, həm də məclis iştirakçılarında xoş, unudulmayacaq və duyğulu anlar yaşadıb.

Ağdam sakinləri ilə  görüş zamanı tezliklə bu rayonun işğal altında olan bölgələrilə yanaşı, Azərbaycanın erməni tapdağı altında inləyən digər yurd yerlərinin də tezliklə işğaldan azad edilməsi və həmin ərazilərdə də Azərbaycanın üçrəngli bayrağının dalğalanması arzusu, diləyi ifadə olunub. 

***

bayraq-15-t

Xoş duyğularla Ağdamdan ayrılan PJB üzvlərinin növbəti dayanacağı Tərtər rayonu olub.

Cəbhə bölgəsi olan Tərtərdə ilk andan Dövlət Bayrağı Gününün əsl ab-havası hiss olunub. Küçələrdə, rayonun mərkəzi yerlərində, bütün dövlət binalarının üzərində dövlət bayraqları asılıb.

Rayon sakinləri ilə müxtəlif məkanlarda görüşən PJB üzvləri özləri ilə gətirdikləri bayraqları onlara paylayıb, onların bayrağa, Dövlət Bayrağı Gününə münasibətlərini, fikirlərini, arzularını dinləyiblər.

***

bayraq-2

PJB üzvlərinin sonrakı dayanacağı cəbhə bölgəsi olan və düşmən qarşısında mənatənlə duruş gətirən G0ranboy rayonu olub.

Burada da hər yerdə Dövlət Bayrağı Gününü özündə yaşadan ab-hava PJB üzvlərində böyük məmnunluq yaradıb.

Təximən 40 dəqiqə davam edən aksiya zamanı PJB üzvləri yerli sakinlərə, xüsusilə, məktəblilərə bayraq paylayıb, onlarla söhbətləşiblər.

Yerli sakinlər, məktəblilər belə bir aksiyaya görə PJB üzvlərinə minnətdarlıqlarını bildirib, dövlət bayrağına sayğılarını ifadə  ediblər.

PJB üzvləri həmçinin, ailə həyatı quran goranboylu cütlüyə bayraq hədiyyə ediblər.

***

bayraq-17-g

Aksiya axşam saatlarında Göygol rayonunda yekunlaşıb.

PJB üzvləri rayonun girişində əllərində Azərbaycan və qardaş Türkiyənin dövlət bayraqlarını dalğalandıran atlılarla qarşılaşıblar.

PJB üzvləri onlarla görüşərək, xatirə fotosu çəkdirib, bu addımlarına görə, təşəkkürlərini bildiriblər.

Eyni zamanda, göygöllü gənclər PJB-yə belə bir aksiyaya görə minnətdarlıqlarını bildirib, üçrəngli bayrağımızla bağlı xoş duyğular yaradan sözlər söyləyiblər.

Qeyd edək ki, təşkilatçılar aksiyanın keçirilməsində göstərdiyi dəstəyə görə 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən deputat Ağalar Vəliyevə təşəkkür ediblər.

 bayraq-4

bayraq-1

bayraq-7

bayraq-8

bayraq-9

bayraq-10

bayraq-11

bayraq-12

***

22:30

bayraq-14

bayraq-16

bayraq-18-gor

bayraq-19-gor

bayraq-20

bayraq-21

bayraq-22

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

 

 

 

 

Read Previous

Türkiyədə 11 milyon ağac, həmçinin – “SABUN” AĞACI ƏKİLƏCƏK

Read Next

Morales istefa verdi – HAKİMİYYƏT MÜXALİFƏTƏ KEÇDİ… – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir