“Polisimiz, igid oğlanlarımız onların gözünü deşər…, qadınlarımızı Günəş, Ay hesab edirəm” – MİLLƏT VƏKİLİ JURNALİSTLƏ RAZILAŞMADI

Qadınlarımızı alçaltmağa haqqımız yoxdur.

Etikxeber.az xəbər ki, bunu millət vəkili Tahir Rzayev tanınmış jurnalist Nəsimi Nəbizadənin sosial şəbəkə vasitəsi ilə daxili işlər naziri Vilayət Eyvazova müraciətinə münasibətini bildirərkən deyib.

“Kim nə bilir ki, küçədəki qadın əxlaqsızdı. Bəlkə kimisi geyinib hansısa əzizini gözləyir, ya da kimsə tanışıyla bir yerdə oturub çörək yeyəcək. Hər yerdə var ki, qadın bəzənib-düzənsin, geyinib-keçinsin. Biz hardasa yaxşı geyinən qadın görürüksə, o saat deyirik ki, əxlaqsız qadındı. Bunların hamısı bizim xalqın adına yazılır. Belə şeyləri açıb-ağartmamalıyıq, əksinə tərbiyə etməliyik. Amma hamı bir ağızdan deyir ki, “Torqovı”da əxlaqsızlıq baş alıb gedir” – deyən millət vəkilinin mətbuata açıqlamasında bildirdiyinə görə, bütün qadınları əxlaqsız adlandırmaq olmaz.

“Çox vaxt deyirlər ki, qızlarımız ərəblərlə tanış olur-filan. Bunların hamısı yalan sözlərdir. Heç vaxt bizim qızlar öz namuslarını alçaldıb hansısa bir yöndəmsiz ərəblə söhbət eləməz. Ola bilər ki, dostluq münasibəti ilə tanış olarlar, bunun əksini düşünmək olmaz.

Olar ki, qadınlarımız turistdən intervyu götürər. Biz qadınlarımızı o qədər aşağı səviyyədə təqdim edirik ki?! Qızlarımızın, qadınlarımızın qeyrəti bizim qeyrətimizdi, bütün Azərbaycanın qeyrətidi. Əgər ərəblər qadınlarımıza pis gözlə baxarlarsa, polisimiz, igid oğlanlarımız onların gözünü deşər. 

Lakin bunu yaymaq düzgün deyil. Mənim Azərbaycanımın qadınları hamıdan namusludu, hamıdan qeyrətlidi. İndi içində bir-ikisi “elə”dirsə,  bunu onların timsalında bütün Azərbaycan xanımlarına yaraşdırmaq düzgün olmaz. Mən öz qadınlarımızı Günəş, Ay hesab edirəm”deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Bakı Prokurorluğu azyaşlının zəncirlənməsi barədə məlumat yaydı – CİNAYƏT İŞİ AÇILDI

Read Next

“Üçlər”in görüş vaxtı bəlli oldu – SENTYABRIN 16-SI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir