Politoloq: “Tramp Türkiyəyə münasibətdə Obamanın yolunu getsə, “İncirlik”-in qapadılması mövzusu genişlənəcək”

“Türkiyə nazirləri ard-arda ABŞ-ın Adana yaxınlığındakı İncirlik hərbi bazasının fəaliyyətini tənqid etmələrində haqlıdırlar. Deməli, ABŞ və digər Qərb ölkələri həmin bazadan Suriyadakı müxtəlif məntəqələri bombalamaqla silahlı kürdələrə dəstək verdikləri hada Türkiyə ordusunun Əl Bab şəhəri ətrafında DAİŞ-ə qarşı savaşında türk silahlı qüvvələrinə havadan dəstək vermirlər”.

Etikxeber.az  xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

O, deyib ki, Türkiyənin Avropa məsələləri üzrə naziri Qərbin başqa bir ikiüzlüyü haqqında da fikir bildirib:

“Onun sözlərinə görə, DAİŞ-in Türkiyədə törətdiyi hər qətliamdan sonra Avropa paytaxtlarının simvol yerlərində (Parisdə Eyfük qülləsi, Berlində Brandenburq qapıları və s.) Türkiyənin bayraqları əks olunur, ancaq elə ki, söhbət PKK hücumlarından və qətllərindən getdikdə Qərbdə Türkiyə bayrağı dalğalanmır və “biz itkilərdən təəssüf edirik” kimi açıqlamalar da səslənmir. Səbəbi aydındır. Qərb DAİŞ-i terrorçu təşkilat sayarkən, PKK-nı və onun törəmə təşkilatlarını terrorçu saymır, əksinə gizli dəstəyini sürdürür. Bunun nəticəsində də Ankara “İncirlik bizə lazım deyil” müzakirələrini ortaya atır.

Ancaq Ankara üçün İncirlikdən imtina risqlidir. Bu baza “soyuq müharibə” dövründə istifadəyə verilib və Amerikanın xidmətində olub. O illərdə bu baza SSRİ-dən qorunmaq üçün Türkiyənin özünə də lazım idi. Ancaq indi nə “soyuq müharibə” var, nə də SSRİ, tam əksinə Ankara Moskva ilə dostluğunu gücləndirməyə çalışır.

İncirlik hərbi bazası ətrafında Türkiyədə genişlənən polemikadan Kreml sevinməyə bilməz. Ankara bu “bazadan imtina edə bilərəm” deməklə əslində Amerikanın iki həftə sonra hakimiyyət başına gələcək Donald Trampa mesaj göndərir ki, “Obamanın səhvini təkrarlamayın, silahlı kürdlərlə yox bizimlə əməkdaşlığa üstünlük verin və Pensilvaniyada yaşayan Fətullah Güləni təhvil verin”. Görək Trampın Türkiyə siyasəti necə olacaq? Ancaq o da aydındır ki, Tramp Türkiyəyə münasibətdə Obamanın yolunu getsə, İncirlik hərbi bazasının qapadılması mövzusu genişlənəcək”.

Etikxeber.az

Read Previous

Bakının bəzi yollarında avtobuslar üçün xüsusi zolaqlar ayrılır

Read Next

Araz çayının Novruzlu məntəqəsində suyun səviyyəsi 14 santimetr azalıb – NAZİRLİK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir