Polkovnik-leytenant, “Azərbaycan Bayrağı” ordenli, iki övladı Vətənə əmanət qalan-GÖYÇAYLI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ VİDADİ XƏLİLOVUN ANIM GÜNÜDÜR…MƏZARI ZİYARƏT EDİLDİ, ANIM MƏRASİMİ KEÇİRİLDİ… – FOTOLAR – YENİLƏNİB – (4)

 

Göyçay rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Vidadi Vaqif oğlu Xəlilovun Anım Günüdür.

Bu gün Vidadi Xəlilovun Əbədiyyətə uğurlanmasından üç il ötür.

Anım Günü ilə bağlı bu gün səhər saatlarında Şəhidin Göyçay rayon Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub, ruhuna dualar edilib.

Ailəsinə Allahdan səbr və dözüm arzulanıb.

Məzarını ziyarətdən sonra “Aysel” şadlıq sarayında Şəhidin Anım mərasimi keçirilib, adına ehsan verilib, ruhuna bir daha dualar edilib.

Telejurnalist Səbinə Mehdiyevanın aparıcılıq etdiyi tədbirdə çıxışlar edilib, Şəhidin İgidliyi və Qəhrəmanlığından bəhs olunub.

Vətənə, Şəhidlərə, eləcə də Vidadi Xəlilova həsr olunmuş mahnılar səsləndirilib.

Hər zaman Şəhid ailələrinin yanında olan tanınmış bəstəkar Ruslan Səfəroğlu Şəhidə həsr etdiyi mahnını ifa edib və bu zaman kövrək, duyğulu, təsirli anlar yaşanıb.

Mərasim iki saatdan artıq davam edib.

Şəhidin məzarını ziyarətdə və Anım mərasimində ailə üzvləri, yaxınları, Göyçay və digər bölgələrdən-Bakıdan, İmişlidən olan Şəhid ailələri, Qazilər, hərbçilər, Göyçay rayon İcra Hakimiyyətinin rəhbər və məsul şəxsləri və digər şəxslər iştirak ediblər.

Etikxeber.az-ın xəbərinə görə, Vidadi Xəlilov 1982-ci il iyulun 16-da Göyçay şəhərində ziyalı ailəsində dünyaya göz açıb.

Ailədə üç övlad, iki qardaş, bir bacı olublar.

İllər öncə atalarını itiriblər.

O, ali təhsilli peşəkar hərbçi olub.

1999-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Akademiyasına (indiki Milli Müdafiə Universitetinə) daxil olub, 2003-cü ildən zabit kimi “N” saylı hərbi hissədə xidmət edib.

Polkovnik-leytenant hərbi rütbəsinəcən yüksəlib.

İkinci Vətən Müharibəsinin ilk anlarından isə döyüşlərdə olub.

Və oktyabr ayının 30-da Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.

Nəşi bir gün sonra, oktyabrın 31-də Göyçay Şəhidlər Xiyabanında Əbədiyyətə uğurlanıb.

Şəhidliyindən sonra “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”  “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

İki övladı-bir oğlu və bir qızı Vətənə, ailəsinə əmanət qalıb.

Ailəsi hazırda Bakı şəhərində yaşayır.

Məkanı cənnətlik olsun!

Nur içində yatsın!

13:01

***

FOTOLAR:

21:00

***

RUSLAN SƏFƏROĞLUNUN İFASI HƏR KƏSİ TƏSİRLƏNDİRDİ, GÖZ YAŞLARINA BOĞDU…

21:30

***

23:30

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Səbailli İkinci Vətən Müharibəsi Şəhidi-AİLƏNİN TƏK ÖVLADI YUSİF BUDAQOVUN BU GÜN ƏBƏDİYYƏTƏ UĞURLANDIĞI GÜNDÜR….

Read Next

“Dedi ki, ana, yaxşı yeyib-içərsiniz, saçına da rəng qoyarsan…Sən demə, balam saatlar sonra Şəhid olacağını bilirmiş, ürəyinə damıbmış Şəhidliyi…”-AĞDAŞLI ANTİTERROR ŞƏHİDİ, AİLƏNİN İKİ ÖVLADINDAN BİRİ, EVİN TƏK VƏ SUBAY OĞLU, 19 YAŞLI İQBAL İLHAM OĞLU RZAYEVİN ANASI ÜLVİYYƏ QULİYEVA – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir