“Populizm ilə çox uzağa getmək olmur, daha dəqiqi getdiyin yer, gəldiyin yer olur”-SAHİB ALIYEV ERMƏNİLƏRİN VƏ ERMƏNİSTANIN NÖVBƏTİ MƏĞLUBİYYƏTİNDƏN DANIŞDI

Ermənistan Qərbdə havadar gözündə gördüklərindən növbəti zərbə yedi.

Haylar satın aldılqarı konqresmenlərin əliylə Azərbaycan əleyhinə “907-cü düzəliş”dən də təsirli qanunvericilik təklifləri irəli sürdüklərini və tezliklə təsdiq olunacağının anonsunu veirirdilər.

Hətta Kim Kardaşyanı da bu proseslərə qoşmuşdular ki, o da təbiidir. Çünki başlı kimsə tapılmayanda alternativi kim olur? Kim olur. Alınmadı.

Hayların Milli Müdafiə Maliyyələşmə Qanunu(National Defense Authorization Act – NDAA) layihəsinə düzəliş etdirməklə Ermənistana da Azərbaycan qədər hərbi yardım ayırtdırmaq niyyəti baş tutmadı. Ölkəmizin əleyhinə yönələn başqa bir məkrli plan da onun kimi.

Konqresmenlər Stiv Cohen və Stiv Şabotun irəli sürdükləri “Rusiyanın bazalarının olduğu ölkələrdəki hərbi qüvvələri” və “Azərbaycan, Gürcüstan, Ukrayna, Moldovanın işğal olunmuş ərazilərdən köçkün düşmüş, həmin ərazilərdə qətlə yetirilmiş vətəndaşları” haqda Dövlət, Müdafiə katiblərinin birgə hazırlayacaqları hesabatların Konqresə təqdim edilməsini öngörən 99, 296 saylı düzəlişlər isə təsdiqləndilər.

Rusiyanın xaricdəki ən böyük hərbi bazasının yerləşdiyi forpost Ermənistan üçün 99 saylı düzəlişin nə demək olduğu aydındır. 296 saylı düzəlişə gəldikdə isə Avropa Parlamenti kimi ABŞ Konqresinin də necə Ukrayna, Gürcüstan, Moldova, eləcə də Azərbaycanın torpaqlarının işğal altında olmasını vurğulaması, hər dörd ölkədəki konflikti eyni prizmadan qiymətləndirməsi, əlbəttə, diplomatiyamızın uğurudur.

Özü də söhbət o Konqresdən gedir ki, torpalqarımız arda-arda işğal olunduğu bir vaxtda böyük haqsızlığa yol verərək “Azadlığa Yardım Aktına” “907-ci düzəliş”i etmişdi. Xatırlada ki, bu düzəliş ABŞ-ın işğalçı Ermənistana deyil də, Azərbaycana yarım etməsinə qadağa qoyurdu.

Ancaq burada o da vurğulanmalıdır ki, indiki uğurda iyulun 12-də Azərbaycanla sərhəddə təxribata əl atmaqla, Avropaya gedən strateji nəqliyyat və kommunikasiya xətlərini dağıtmasalar belə, nəzarətdə saxlayacaqlarına, bununla da kiməsə növbəti xidmət göstərib qarşılığını alacaqlarına ümid edən Ermənistan hakimiyyətinin də “payı” az olmadı.

Bu faktın özü də göstərir ki, bəlli çevrələr Azərbaycanın neft və qaz kəmərlərinin dağıdılmasına cəhd kimi onların da maraqlarına cavab verməyən addım atılanda, təxribatçıyla təxribatla üzləşəni, işğalçıyla işğala məruz qalanı çox sürətlə bir-birindən ayıra və bununla bağlı konkret mövqe ortaya qoya bilirlər.

Rusiyanı Azərbaycanla qarşıdurmaya cəlb edə bilməyən, gizli hərbi-texniki, mütəxəssis, kəşfiyyat və dolayı informasiya yardmını nəzərə almasaq, havadarlarından belə acıq, təsirli dəstək görməyən, qardaş Türkyə başda olmaqla bir çox dost ölkələrdən, Türk Şurası, Türk PA, İslam Konfransı Təşkilatı, GUAM, Qoşulmama Hərakatının 120 üzvündən şapalaq yeyən, qərbdə kəskin tənqidlərlə üzləşən Ermənistan hakimiyyətinin bu təxribatı eyni zamanda onu da göstərdi ki, kiminsə dəsətəyilə çevriliş edib küçədən hakimiyyətə gəlmək mümkündür, amma populizm ilə çox uzağa getmək olmur, daha dəqiqi getdiyin yer, gəldiyin yer olur.

Sahib ALIYEV,

Millət vəkili

Etikxeber.az


Read Previous

“Anar Ələkbərov bütün tənqid və təkilfləri yazdı, onları Prezidentə çatdıracağını söylədi, görüşlərin davamlı olacağını da bildirdi”-ERKİN QƏDİRLİ – FOTOLAR – YENİLƏNİB

Read Next

“Siyasi əqidəsindən, milliyyətindən, dinindən asılı olmayaraq, ürəyimiz bir yerdə döyünməli, yumruğumuz bir yerə vurmalıdır…Bu Vətən torpağının hər kəndini, hər daşını müdafiə etmək üçün bir olmalıyıq…”-BİR QRUP TANINMIŞ XANIM MEHRİBAN ƏLİYEVANIN ÇAĞIRIŞINA QOŞULDU, AZƏRBAYCAN XALQINA MÜRACİƏT ETDİ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir