Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Milli Məclisin (MM) Azərbaycan – Portuqaliya parlamentlərarası dostluq qrupunun rəhbəri Aqiyə Naxçıvanlı ölkəmizdə səfərdə olan NATO PA vitse-prezidenti, Portuqaliya Milli Assambleyasının deputatı, Portuqaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Vitalino Xose Ferreira Kanaşla görüşüb.
Etikxeber.az-ın xəbərinə görə, görüşdə ikitərəfli parlamentlərarası əlaqələrin inkişafından danışılıb, beynəlxalq təşkilatlarda hər iki ölkənin parlamentarilərinin əməkdaşlığının vacibliyi vurğulanıb.
Bakı şəhərinin “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi üçün namizədliyinin irəli sürüldüyünü diqqətə çatdıran A.Naxçıvanlı Portuqaliyanın 2018-ci ilin noyabrında Parisdə keçiriləcək Beynəlxalq Sərgilər Bürosunun 164-cü sessiyasında Bakı şəhərinin namizədliyini dəstəkləyəcəyinə ümidvar olduğunu söyləyib.
Komitə sədri görüşdə Dağlıq Qarabağ münaqişəsi, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğal olunması barədə məlumat verib, onu Azərbaycanın haqq mövqeyini beynəlxalq tribunalarda dəstəkləməyə dəvət edib:
“Bu məsələdə ədalətli mövqe sərgiləyəcəyinizə inanırıq. Çünki bu məsələ haqq da, ədalət də Azərbaycanın yanındadır”.
Vitalino Kanaş öz növbəsində səmimi qəbuldan məmnunluğunu bildirib və nüfuzundan istifadə edərək, Azərbaycan maraqlarının təmin olmasında ölkəsinin fəal olacağını bildirib.
O, qeyd edib ki, həm ölkəsi, həm də NATO PA Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinin tərəfdarıdır.
Görüşdə Azərbaycan–Portuqaliya parlamentlərarası dostluq qrupunun üzvü Jalə Əliyeva da iştirak edib.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az