Portuqaliya təmsilçisi Salvador Sobral birinci oldu – FOTO – YENİLƏNİB (2)

Kiyevin Beynəlxalq Sərgi Mərkəzində keçirilən “Eurovision-2017” mahnı müsabiqəsinin final şousu başa çatıb.

Etikxeber.az xəbər verir ki, Portuqaliya təmsilçisi Salvador Sobral 758 xalla yarış cədvəlində birinci olub.

O, müsabiqədə “Amar Pelos Dois” mahnısını ifa edib. Beləliklə, “Eruovision – 2018” mahnı müsabiqəsi Portuqaliyada baş tutacaq.

İkinci yeri Bolqarıstan təmsilçisi tutub. Azərbaycanlı ifaçı Diana Hacıyeva 120 xalla 14-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Ukraynada keçirilən 62-ci “Eurovision-2017” mahnı müsabiqəsinə 42 ölkə ifaçısı qatılıb. Müsabiqənin final mərhələsində 26 ölkə təmsilçisi öz səhnə perfomansını nümayiş etdirib. Azərbaycan təmsilçisi Diana Hacıyeva səhnəyə 12-ci çıxaraq “Skeletons” mahnısını səsləndirib.

***

“Eurovision-2017” mahnı müsabiqəsində 12 xalı Belarus təmsilçisinə təqdim edib.

Azərbaycan 10 xalı Moldova, 7 xalı isə Ukrayna təmsilçisinə verib.

***

“Eurovision-2017” mahnı müsabiqəsinin aparıcıları final şousu zamanı ingilis dilini necə öyrəndiklərini açıqlayıblar.

Aparıcı Vladimir Ostapçukun sözlərinə görə, ingilis dilini öyrənmək üçün tanınmış “Dostlar” teleserialına baxıb.

Digər aparıcı Timur Miroşniçenko deyib ki, onun ingilis dili öyrənməsinə Kiyev meri Vitali Kliçko köməklik göstərib.

Etikxeber.az

Read Previous

Azərbaycan kişi voleybolçuları Türkiyə komandasına qalib gəlib – FOTO

Read Next

Zəlzələdə azı 3 nəfər ölüb, 225 nəfər xəsarət alıb – İRANDA – FOTO – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir